dini radikalizm və ekstremizmlə mübarizə

Salyanda 4 nəfər 49 yaşlı kişini döyərək xəstəxanalıq etdi.

Salyanda 4 nəfər 49 yaşlı kişini döyərək xəstəxanalıq etdi.
Bu gün axşam saatlarında Salyan rayonunun Sarvan kəndində 49 yaşlı kənd sakini Rizvan Babaş oğlu Babaşov döyülərək xəsarət alıb.

R.Babaşovla onu döyərək xəsarət yetirmiş şəxslər arasında hələ gündüzdən-telefon danışığı zamanı mübahisə yaranıbmış. Məhz o mübahisədən sonra qonşu Seyidlər kəndindən olan dörd nəfər (ikisi qardaşdır) “KamAz” markalı yük maşını ilə Sarvana gələrək Rizvan Babaşovu maşınından düşürüb, ağacla döyüb və müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra həmin şəxslər gəldikləri “KamAz”ı qisas məqsədi ilə bir neçə dəfə Rizvan Babaşovun 90-LS-298 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşınına çırparaq hadisə yerindən uzaqlaşıblar.

Başından müxtəlif dərəcəli xəsarətlər alan Rizvan Babaşov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması üçün operativ əməliyyat tədbirləri həyata keçirilir.

Oxunub: 681
Oxşar xəbərlər
SON XƏBƏRLƏR