Sabirabadda 31 yaşlı kişi suda boğulub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaraqaşlı kənd sakini, 1987-ci il təvəllüdlü Piriqulu Samir Yavər oğlu kənd ərazisində kanalda çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.