Gəncə şəhərində mağaza içərisindəki əşyalarla birlikdə yanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.
Qarışıq mallar mağazasında baş vermiş yanğın yerinə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan mağaza içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın qonşu mağazaya da keçib və həmin dükanın da 25 kvadratmetr dam örtüyü alışıb.
Yanğın söndürülüb, xəsarət alan yoxdur.
Yanğın nəticəsində qarışıq mallar mağazasının sahibi Rəşid Zeynalova ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.