dini radikalizm və ekstremizmlə mübarizə

Yeni Azərbaycan Partiyasının yaradılması ilə əlaqədar konfrans keçirilib


21 noyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü ilə bağlı YAP Mingəçevir şəhər təşkilatında konfrans keçirildi.
Konfrans iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirmişlər. Konfransda Ulu öndər Heydər Əliyevin, Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev məruzə ilə çıxış edərək bu münasibətilə əvvəlcə partiya üzvlərini təbrik etdi. Qeyd etdi ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik hüquqi dünyəvi cəmiyyət qurulması, əmin amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. YAP Mingəçevir şəhər təşkilatı ölkədə qabaqcıl yaranan təşkilatlardandır. Ötən 32 il ərzində müəyyənləşdirilən məqsədlərinə çatmaq üçün uğurlu fəaliyyət göstərir. Hazırda 50 ərazi partiya təşkilatının tərkibində 7869 nəfər üzvü var. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı öz fəaliyyətini partiyanın yeni Nizamnaməsi və Proqramının tələblərinə, Mərkəzi Aparatın tövsiyyələri nəzərə alınmaqla təsdiq etdiyi iş planı əsasında qurur və öz fəaliyyət metodlarını daim təkmilləşdirərək davam edir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalq, dövlət qarşısında göstərdiyi böyük xidmətlərdən danışaraq qeyd edib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çəkib.

Daha sonra konfransı Partiya veteranı Ramiz Kərimov, Partiyanın fəal üzvü Nurcamal Əsgərova, Mngəçevir Dövlət Universitetinin rektor əvəzi Üzeyir Zeynalov, Mingəçevir Turizm Kolecinin tarix müəllimi, partiya aktivi Eldar Dərişov çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələblərindən irəli gəlib və bu gün ölkəmizin əldə etdiyi uğurlar məhz bu partiyanın və onun qurucusu, Ulu öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Qeyd edilib ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu gündən-günə artmaqdadır.

Sonda Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiya vəsiqələri təqdim olundu.

Yekunda İ.İsmayılov şəhərimizin ictimai-siyasi həyatında şəhər təşkilatının üzvlərinin fəal iştirak etdiklərini vurğulayaraq, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü ilə bağlı partiya üzvlərini təbrik edərək, uğurlar arzuladı. Bununla da Konfrans öz işini başa vurdu və xatirə şəkli çəkdirdilər.

Esmira Hidayətova,Mingəçevir










Oxunub: 45
Oxşar xəbərlər
SON XƏBƏRLƏR