Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsi ilə müşahidə olunur.
Report"un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı diviziyanın komandiri general-mayor Misir Əliyev deyib.
O bildirib ki, "Qazax" Əlahiddə Sərhəd diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir:
"Bura Qazaxın yeni işğaldan azad olunan kəndləri də daxildir. Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsi ilə nəzarət olunan ərazilərə baxa bilir".
Oxunub: 0