dini radikalizm və ekstremizmlə mübarizə

Lerikdə ağır qəza: ölən və yaralananlar var

Lerikdə ağır qəza: ölən və yaralananlar var
Lerikdə yük maşını dərəyə aşıb.

APA-nın məlumatına görə, hadisə rayonun Piran-Zeynəko yolunda baş verib.

Qəza zamanı Qaz-66 yük maşınının dərəyə aşması nəticəsində 1984-cü il təvəllüdlü Kamal Cəfər oğlu Ağayev hadisə yerində ölüb, 1984-cü il təvəllüdlü Babək Əhəd oğlu Xəlilov və 1985-ci il təvəllüdlü Zaur Atakişi oğlu Hüseynov xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır kimi qiymətləndirilir. Qeyd edək ki, hər üç şəxs rayonun Zeynəko kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 684
Oxşar xəbərlər
SON XƏBƏRLƏR