dini radikalizm və ekstremizmlə mübarizə

MDU Energetiklər Gününü və “Azərbaycan İES” MMC-nin 45 illik yubileyini təbrik edib


​20 Oktyabr – Energetiklər Günü mənsublarının peşə bayramı kimi qeyd olunur. Bu əlamətdar günlə bağlı Mingəçevir Dövlət Universiteti (MDU) elektroenergetika sahəsində çalışan bütün mütəxəssisləri və məzunları təbrik edib.
​Təbrik mesajında ölkəmizin energetika müstəqilliyinin və sənaye gücünün dayağı olan elektroenergetika sahəsi işçilərinə samimi arzular ifadə olunub:
​*"Ölkəmizin energetika müstəqilliyinin və sənaye gücünün dayağı olan elektroenergetika sahəsi işçilərinin peşə bayramını samimi qəlbdən təbrik edirik!
​Bu gün həm də Cənubi Qafqazın ən böyük energetika mərkəzi olan “Azərbaycan İES” MMC-nin istifadəyə verilməsindən 45 il ötür (1981–2026).
​Mingəçevir Dövlət Universiteti olaraq, ölkəmizin dayanıqlı və 'yaşıl' gələcəyi üçün yüksəkixtisaslı energetik kadrların hazırlanmasına töhfə verməkdən qürur duyuruq. Gecə-gündüz yorulmadan çalışan bütün energetiklərimizə, sahə üzrə mütəxəssislərimizə və məzunlarımıza fəaliyyətlərində uğurlar arzulayırıq!"*

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR