Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası (MR) ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilib.
Naxçıvan MR Baş naziri Cabbar Musayev bununla bağlı sərəncam imzalayıb.
Muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ü.Hacızadəni nazirliyin kollektivinə təqdim edib.
Ü.Hacızadə buna qədər Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
Oxunub: 0