Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Oxunub: 0