dini radikalizm və ekstremizmlə mübarizə

Gəncə Dövlət Milli Dram Teatrı 130-cu teatr mövsümünü başa vurur


17 iyul saat 19:00-da Gəncə Dövlət Milli Dram Teatrı özünün 130-cu yubiley teatr mövsümünü Abdulla Elşadlının tərcümə və səhnələşdirməsi əsasında hazırlanmış “Zəhri-Mar” adlı tamaşası ilə bağlayacaq. Bunu Gəncə Dövlət Milli Dram Teatrının Repertuar və dramaturgiya üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev bildirib.
Onun sözlərinə görə “130-cu teatr mövsümü ərzində bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələn teatr kollektivi mövsümün son tamaşasında cəmiyyət üçün olduqca aktual mövzulardan birinə müraciət edir. Dərin psixoloji xəttə malik olan “Zəhri-Mar” tamaşası narkomaniya bəlasının ailələrə, insan talelərinə və bütövlükdə cəmiyyətə vurduğu mənəvi zərbələri bədii-estetik vasitələrlə tamaşaçıya çatdırır” – deyərək Anar Ərtoğrul Burcəliyev bildirir.
Həmçinin o, qeyd edib ki, “130-cu teatr mövsümü ərzində Gəncə Dövlət Milli Dram Teatrı klassik və müasir dramaturgiyanın uğurlu nümunələrini səhnələşdirərək repertuarını daha da zənginləşdirib, yeni layihələr, premyeralar və beynəlxalq əməkdaşlıqlarla teatrsevərlərin diqqət mərkəzində olub. Yubiley mövsümünün bağlanışı da məhz sosial əhəmiyyət daşıyan, aktual mövzuya toxunan bu səhnə əsəri ilə yadda qalacaq”.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR