Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qəbulda Gəncə, Samux, və Kəlbəcər sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 8 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Oxunub: 0