dini radikalizm və ekstremizmlə mübarizə

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün gələcək addımları müzakirə edib.

Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, görüş ABŞ liderinin Vircina ştatındakı qolf klubunda baş tutub. Görüşdə Vitse-prezident Cey. Di. Vens, Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak ediblər.

Qeyd olunur ki, Ağ Ev rəhbərinin yaxın günlərdə milli təhlükəsizlik komandası ilə daha bir görüş keçirməsi gözlənilir.

Telekanalın məlumatına görə, Pentaqon ABŞ Prezidentinin İrana qarşı hərbi əməliyyatların bərpasına qərar verəcəyi halda, bir neçə mümkün zərbə planı hazırlayıb.

CNN bildirir ki, potensial hədəflər siyahısına İranın enerji obyektləri və mühüm infrastruktur qurğuları daxildir.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR