
Bəzən istedadın və zəhmətin qarşısına süni maneələr çıxarılır. Amma elmə, biliyə və haqq yoluna söykənən insan gec də olsa öz haqq etdiyi zirvəyə çatır.
Həmyerlimiz-Biləsuvar rayonunda ziyalı ailəsində doğulub boya-başa çatan Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru dəyərli dostumuz Taleh Vəzir oğlu Cəfərovun bu günlərdə “Dosent” elmi adına layiq görülməsi hər birimizi ürəkdən sevindirir.
20 ilə yaxındır ki, elmi pedaqoji sahədə sözün yaxşı mənasında külüng çalan Taleh müəllim üçün bu şəxsi uğur deyil, ümumilikdə Azərbaycan elminin qazancıdır.
Heç bir dayaq, tapşırıq olmadan, yalnız öz biliyi, zəhməti və araşdırmaları ilə bu mərtəbəyə yüksəlmək hər kəsə nəsib olmur.
İllərdir Azərbaycan tarixinin araşdırılması istiqamətində ortaya qoyduğu onlarla sanballı elmi iş, gərgin elmi-pedaqoji fəaliyyəti və vətənpərvər mövqeyi bu adın çoxdan haqq edildiyini təsdiqləyirdi. Sadəcə zaman bir qədər gecikdi. Amma necə deyərlər, ilahi ədalət geciksə də, heç vaxt layiqli bəndəsini unutmur.
Yeni elmi uğur münasibətilə Taleh müəllimi ürəkdən təbrik edir, ona elm yolunda daha böyük nailiyyətlər, yeni tədqiqatlar və Azərbaycan tarixşünaslığına dəyərli töhfələr arzulayırıq!
Dərin hörmətlə, dostların Samir, Surxay