ABŞ-nin Nyu-Cersi ştatında iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.
Bu barədə "New Jersey Transit" korporasiyasının nümayəndəsi bildirib.
"Cümə günü axşam Monkler-Bunton xəttində iki qatar toqquşub", - məlumatda qeyd edilib.
Qəza nəticəsində 17 nəfər yüngül xəsarətlər alıb.
Hazırda Nyu-Cersi nəqliyyat şirkətinin polisi hadisənin baş vermə şəraitini araşdırır. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.
Monkler-Bunton xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Oxunub: 0