dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə bu təhsil ocağının uğurları


Mingəçevir təhsili həmişə öndə olub. İldən-ilə bu şəhərin təhsildəki uğurları,nəticələri ürək açan olub.Bu il Mingəçevir məktəblərini başa vuran 1202 məzundan 120 nəfərinin fərqlənmə attestatı ilə başa vurmağı da bunun bariz nümunəsidir.Nəticələr hər ötən ilə nisbətən daha yüksək olur.Belə uğurları ilə seçilən məktəblərdən biri də Mingəçevir şəhər Y.Muradov adına 11 №li tam orta məktəbdir. Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanda məhz bu məktəbin şagirdi Hüseynli Arif Pərviz oğlu 400 bal toplayaraq IV ixtisas qrupu üzrə ölkədə ən yüksək nəticə göstərən 5 şagirddən biri olmuşdur.
Qeyd edək ki, Arif imtahanın birinci mərhələsində 292 bal toplamışdır. Məktəbin direktoru Yasin Cavadovun verdiyi məlumata görə bu il 500- 600-dən yuxarı bal toplayan şagirdlər,XI-siniflərdə 8 fərqlənmə attestatı,IX-siniflərdə isə orta bal ötən ilə nisbətən yüksək olub(132),3 fərqlənmə attestaı olub.Şagirdlərə tam orta təhsil haqqında attestatlar da təqdim edilib.
Onu da qeyd edək ki, bu məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. Bu mənada, bu məktəbi uğurlu təhsilin məkanı adlandırsaq, məncə, yanılmarıq...Məktəbin direktoru Yasin Cavadov bildirdi ki, hər il olduğu kimi, bu il də nəticələr ürəkaçandır:”Lakin biz bununla kifayətlənmirik”.
Hər bir müəllimin, təhsil işçisinin üzərinə düşən vəzifəyə gəlincə, həmsöhbətimiz: “Biz müəllimlər gələcəyimizə layiqli övladlar yetişdiririk. Gələcək nəsilləri elə yetişdirməliyik ki, sabahımızı onlara həvalə edəndə narahat olmayaq. Eyni zamanda cəmiyyətimizə təhsillə yanaşı, layiqli vətəndaş yetişdirməliyik. Buna görə də hər bir müəllimin, valideynin üzərinə böyük məsuliyyət düşür. Mənə elə gəlir ki, biz bu məsuliyyətdən boyun qaçırmamalıyıq”,-dedi.

Esmira Hidayətova,Mingəçevir.


Oxunub: 711
Oxşar xəbərlər
SON XƏBƏRLƏR