dini radikalizm və ekstremizmlə mübarizə

İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək

İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək

İran və "Avropa üçlüyü" (Almaniya, Böyük Britaniya və Fransa) arasında Əhatəli Razılaşma Müqaviləsi Planı üzrə mayın 16-da Türkiyənin İstanbul şəhərində məsləhətləşmə keçiriləcək.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Tehran rəsmiləri gələn cümə günü İstanbulda Avropa tərəfləri ilə 2015-ci ilin iyulunda İslam Respublikası ilə "altılıq" (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) arasında imzalanmış nüvə sazişi üzrə danışıqlar keçirəcəklər.

Bu məsləhətləşmələr yaxın günlərdə keçiriləcək ABŞ-İran birbaşa olmayan görüşünün beşinci raundu başlamazdan əvvəl saziş üzrə öz mövqelərini möhkəmləndirməyə çalışdığı bir vaxtda reallaşacaq.

Oxunub: 40
Oxşar xəbərlər
SON XƏBƏRLƏR