Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı məktəbdə məktəbi bitirmiş şəhid və qazi veteranların xatirə lövhəsinin açılışı olub.
Tədbir Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam edən musiqili tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqlardan, şanlı qələbəmizin tarixi əhəmiyyətindən bəhs ediblər.
Məktəbin direktoru Aysel Xəlilova belə bir tədbirin məktəbdə gənc nəsilə çatdırmaqdan qürur duyduğunu bildirib. Bu kimi təşəbbüslər , 44 günlük vətən müharibəsinin qaziləri tərəfindən gəldiyini vurğulayıb. Bildirib ki,torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xidməti heç vaxt unudulmayacaq,onlar qəlbimizdə daim yaşayacaqlar:” Məktəbin foyesində “Məktəbin şəhid məzunları” guşəsi yaradılmışdır. Məktəbimizin 6 şəhid məzunu var. Bu təşəbbüsədə biz də ürəkdən qoşulduq. Qeyd edim ki, şagirdlərimizə vətənpərvərlik mövzusunda dərslər keçirilir, şəhidlərin həyatı barədə şagirdlərə məlumatlar verilir, şəhidlik zirvəsinə ucalmış bu insanların həyatı şagirdlərə nümunə kimi göstərilir. Eyni zamanda, şəhid ailələri ilə görüşlər keçirilir, onların övladları ilə söhbətlər aparılır.Bu gün də bu tədbirimizdə məktəbimizin şəhid məzunlarının ailə üzvüləri,məzun qazilərimiz iştirak edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin,qazilərimizə də can sağlığı arzu edirəm”.
Tədbir məktəbin şagirdlərinin musiqi töhvələri ilə davam edib.
Sonda xatirə lövhəsinə baxış keçirilib,xatirə şəkilləri çəkdirilib.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 341