dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetinin rektorundan tələbələrlə bağlı nümunəvi addım


Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov tələbələrlə bağlı mühüm qərar qəbul etmişdir. Bununla bağlı rektor sosial media hesabında paylaşım etmişdir:
Hörmətli MDU kollektivi, dəyərli tələbələr:
Son günlər tələbələrlə olan imtahan öncəsi görüşlərin nəticəsi olaraq aşağıdakı qərarlar qəbul edilmişdir:
- 20 gün ərzində ənənəvi jurnaldan imtina, elektron jurnala keçid;
- Elektron İmtahan Mərkəzinin qurulması və yekun imtahanların mərkəzləşdirilmiş qaydada aparılması;
- Test bankının öncədən tələbələrə təqdim edilməsi;
- Şifahi, yazılı və test imtahanlarına hazırlıq məqsədilə tələbələrə əlavə olaraq 2 dərs təlimlərin (seminarların) verilməsi;
- Mühəndislik ixtisaslarında pilot imtahanların tətbiqi;
- İmtahan proseslərinin təkmilləşdirilməsi və tələbələrə dəstək üçün “Qaynar xətt” yaradılması;
- Tələbələrin təcrübə işinin təkmilləşdirilməsi və Elektron Təcrübə Portalının yaradılması;
- Magistr dissertasiyalarının müdafiəsi zamanı qabaqcıl sənaye nümayəndlərinin cəlb olunması;
Dəyişikliklər daha obyektiv qiymətləndirmə və prosesin şəffaflığını artırmaq məqsədi daşıyır.

Oxunub: 33
Oxşar xəbərlər
SON XƏBƏRLƏR