Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində "Demo Day" adlı tədbir keçirildi. Tədbirində Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Üzeyir Zeynalov iştirak edib. Bununla bağlı sosial media hesabında paylaşım edib:
“İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbir Türkiyənin “Bilişim Vadisi” ilə birgə reallaşdırılan 6 aylıq inkubasiya proqramının yekunlarına, eləcə də illik hesabatın təqdimatına həsr olunmuşdu.
Tədbirdə Dövlət Agentliyinin sədri hörmətli Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini hörmətli İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri hörmətli Orxan Məmmədov, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti hörmətli Bəxtiyar Aslanbəyli, “Bilişim Vadisi”nin direktoru hörmətli Erkam Tüzgen, ölkəmizdəki ali təhsil müəssisələrinin rektorları iştirak edirdilər.
Layihəyə yeni qoşulan Azərbaycan Memarlıq və İnşaat Universitetinə və Naxçıvan Dövlət Universitetinə uğurlar arzulayırıq.
Oxunub: 34