dini radikalizm və ekstremizmlə mübarizə

Veteran döyüşçüyə də səs verək ki,bələdiyyədə veteranları təmsil edən olsun!


Veteran döyüşçüyə də səs verək ki,bələdiyyədə veteranları təmsil edən olsun!
"Xəbər verdiyimiz kimi 29 yanvar 2025-ci il tarixdə ölkəmizdə növbəti dəfə Bələdiyyə seçkiləri keçiriləcək. Artıq namizdəliyi qeydə alınmış şəxslər təbliğat-təşviqat kampaniyasına başlayıb. Seçkilərə maraq o qədər də ürəkaçan olmasa da, bəzi bölgələrdə aktivlik nümayiş olunur. Mingəçevir şəhərində də 19 üzv uğurunda xeyli sayda namizəd öz gücünü sınmaqda israrlıdır. Diqqətçəkən namizdələrdən biri də 51 yaşlı I və II-ci Qarabağ müharibəsinin iştirakçısı Həsənov Rövşən Vilayət oğludur. Həsənov Rövşən Vilayət oğlu 1-ci və 2-ci Qarabağ müharibəsindəki döyüşlərdə iştirak edən az sayda igidlərdən biridir.Hazırda “Azconstuction” QSC şirkətində işləyir. İstehsalatda idarəetmə təcürbəsinə malikdir.
Bu maraqlı namizədlə həmsöhbət olduq.
R.H. 1974-cü ildə Mingəçevirdə anadan olub. “Energetiklər” qəsəbəsində yaşayır. Mingəçevir 4 nömrəli orta məktəbi bitirib.1992 –ci ildə hərbi xidmətə gedib. Milli qəhrəman Şirin Mirzəyevin yaratdığı 836 saylı polkda ermənilərə qarşı vuruşub. 1996 -cı ildə Ordudan tərxis olunanadan sonra Azərbaycanın müxtəlif bölgələrində çalışıb. Xüsusən də Qarabağ bölgəsində. 2020-ci ldə 2-ci Qarabağ müharibəsində döyüşlərə könüllü qatılılıb. Bir çöx döyüş əməliyyatlarında uğurlu fəlayitınə görə orden, medallarla və fəxri fərmanla təltif olunub. Orduda iki müharibədə bacarığına , döyüş qabliyyətinə görə yüksək komandir heyyətinin və yoldaşlarının rəğbətini qazanıb.
Həmsöhbətimiz Qarabağ azad olunandan sonra onun yenidən qurulmasında Laçın, Qubadlı, Zəngilan rayonlarının abadlaşdırılmasında, yenidən qurulmasında iştirak edib.
Qeyd edək ki, namizədliyi özü tərəfindən irəli sürülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür
Həmsöhbətimizə ilk sulaımızı ünvanladıq:” Seçkilərə qatılmağınızda əsas məqsədinizi açıqlayardınız, zəhmət olmasa” .
- Bələdiyyələr yerli idarəetmə orqanı kimi yeni dövrdə fəaliyyətə başlayıb səhv eləmirəmsə 1999 cu ildən. Bu demokratikləşmə prosesinin bir hissəsidir. Yəni əsas qərarlarlar cəmiyyətin iştirakı ilə, cəmiyyətin xeyrinə və kollegial qəbul edilir. Bu işdə cəmiyyətin müxtəlif təbəqələrinin üzvülərinin iştirakı bu orqanı, onun qəbul etdiyi qərarları daha da əhəmiyyətli edir, samballı edir. Son iki seçkidə yəni axırıncı 10 ildə fəaliyyətdə olan Mingəçevir bələdiyyəsində veteranları təmsil edən nümayəndənin olmaması məni düşündürdü. Düzdür, şəhid ailələrindən burada olanlar olub. Ancaq veteran döyüşçülərdən bələdiyyə üzvünə rast gəlmədim.
Biz millət kimi Qarabağda tarixi qələbəmiz kimlərə borclu olduğumuzu bilirik. Şad günlərimizdə də, qəmli günlərimizdə də onları xatırlayırıq. Toy şənliklərimizdə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edirik, yas mərəasimlərimizdə onların ruhuna dualar oxuyuruq. Bunlar bizim bir millət kimi keçmişini xatlırlayan, gələcəyinə inan millət kimi formalaşmağımıza təsir edir, bizi başqalrından fərqləndirir. Bunlar yaxşıdır. Ancaq müharibədə tarixi qələbəmizi bizə öz təri, həyatını riskə ataraq, şücaəti ilə bizə bəxş edən Veteranları bəzən unuduruq. Sanki sağ qalmaq səhv bir işdir. 44 günlük müharibədə Ali Baş komandanın əmri ilə şücaətinə görə təltif olunanların sayı 100 mindəndən çoxdur.Əyninə hərbi forma geyib döyüş zonasında olanlar, vuruşanların sayı ondan da az deyil. Mənə elə gəlir ki, bəzən bunlar unudulur. Həm zabitlərimiz, həm də əsgərlərimiz. Şəhidlərimiz, yaralı qazilərimiz fonunda.
Mən sağ qalan, döyüşən zabit və əsgərlərimizin səsini cəmiyyətə catdırmaq istəyirəm.
Biz də varıq. Eşidilmək istəyirik. Cəmiyyətə inteqrasiya olunmaq istəyirk. Dövlət , bələdiyyə idarəetməsində iştirak etmək istəyirik. Biz təkcə müharibə üçün deyilik. Dövlətin çətin anında sinəsini vətənə sipər etmiş oğulların etibarlığı ən çətin sınaqdan keçib.
Biz unudulmağa layiq deyilik.
- Secilməyinizə inanırsınızmı?
--Bu bir çox faktorlardan asılıdır. İlk növbədə cəmiyyətin bu günkü vəziyyətindən, mövqeyindən, söz sahibi olmağından, ikincisi bu sahədə qərar qəbul edənlərin mövqeyindən, bir də təbliğatın qurulmasından, onun düzgün aparılmasından. Bəzən təbliğatı birinci yerə çəkirlər. Ancaq mən belə qiymətləndirirəm. Bacardığımızı edəcəyəm ki, mənim də səsim, daha doğrusu veteranların da səsi, təmsil etdiyim QRES qəsəbəsinin sakinlaərinin arzuları Mingəçevir bələdiyyəsində eşidilsin. Təkcə bu təbəqənin yox bütün sakinlərin arzu və diləklrini dilə gətirməyə, onları müdafiə etməyə özümdə güc hiss edirəm.
Seçilib , seçilməməyimdən asılı olmayaraq cəmiyyətə öz mesajımı catıracam.
- Daha nə demək istərdiniz ?
-Onu demək istərdim ki, hər bir seçici səs verəndə düşünsün, onun maraqlarını daha dolğun təmsil edən şəxslərə səs versin. Hər secici 19 bələdiyə üzvülüyünə namizədə səs verə bilər.
Tanıdığınız , inandığınız adama səs versin. Mən də onların içində olsam yaxşı olar buna ümüdliyəm.
Veteran döyüşçümüzə səs verək ki, bələdiyyədə veteranları da təmsil edən olsun!

Esmira Hidayətova,Mingəçevir.

Oxunub: 519
Oxşar xəbərlər
SON XƏBƏRLƏR