dini radikalizm və ekstremizmlə mübarizə

Zərdabda əməliyyat: cinayətkar dəstə saxlanıldı

Zərdabda əməliyyat: cinayətkar dəstə saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən beş obyektdən oğurluq etməkdə şübhəli bilinən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlını saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı dəstə üzvləri tərəfindən ələ keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxunub: 20
Oxşar xəbərlər
SON XƏBƏRLƏR