dini radikalizm və ekstremizmlə mübarizə

Texniki humanitar lisey 32-ci buraxılışını qeyd etdi


Respublikamızın hər yerində növbəti təhsil ilinin başa çatması ilə əlaqədar olaraq təntənəli mərasimlər həyata keçirilir. Bu mənada Mingəçevir şəhərində də silsilə tədbirlər müəyyənləşdirilir. İyun ayının 14-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər Təhsil sektorunun nəzdində olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Ruslan Muradov adına Texniki humanitar liseydə keçirilən Son zəng tədbiri yaddaqalan oldu. Tədbirdə məktəblilərlə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, valideynlər, ictimaiyyət nümayəndələri, müəllimlər, media təmsilçiləri iştirak edirdilər. Qeyd etmək yerinə düşər ki, bu il məktəb öz uğurları ilə şəhərimizə sevinc bəxş etmişdir. Məktəbin 4 buraxılış sinfinin 77 məzunu orta təhsilini başa vurur. Həm də bildirmək istəyirik ki, bu məktəbin indiyədək olan 32-ci buraxılışıdır. Tədbir öncəsi torpaqlarımızın azad olunması yolunda həlak oan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri liseyin direktoru Nailə Məmmədova açaraq qonaqları salamladı, məktəbin uğurlarından, əldə olan nailiyyətlərdən bəhs etdi. Bildirdi ki, bu ilki məzunlarımız tədris ilində yüksək nailiyyətlərə sahib olmuş, 41 nəfər şagirdimiz buraxılış imtahanlarında 200-dən yuxarı bal toplamış, respublikamızda keçirilən fənn olimpiadalarında uğurlu nailiyyətlərə sahib olmuşlar. Bu imkan verir deyək ki, gələcəkdə məzunlarımızın sorağı ölkəmizin və dünyanın ən mötəbər universitetlərindən gələcək.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək bildirdi ki, bu il şəhərimizin təhsil ocaqlarını 1167 nəfər məzun başa vuracaq. Əldə olunan nailiyyətlər bizi sevindirir və əminliklə deyə bilərik ki, Mingəçevir təhsili həmişə olduğu kimi, yenə də ön sıralarda olacaqdır.
Mərasimdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti tədris ilinin başa çatması münasibəti ilə məktəbin müəllimlərini, şagirdləri təbrik edərək ölkəmizdə təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan bəhs etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, insanların həyat səviyyəsinin yaxşılaşdırılması və təhsil sisteminin modernləşdirilməsi istiqamətindəki məqsədyğönlü işlərdən danışdı. Bildirdi ki, suverenliyini tam bərpa etmiş Azərbaycanımızda yeni-yeni təhsil ocaqlarının istifadəyə verilməsi, şagird və tələbələr üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin başçısının gənclərə göstərdiyi diqqətin bariz nümunəsidir. Bu, həm də gənclərin ləyaqətli vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Tədbir on birincilərin şən rəqsləri, təqdim etdikləri kompozisiyalarla davam etdi. Birincilər oynaq rəqslərlə tədbirə xüsusi rəng verdilər. Son zəngin çalınması isə qəlbləri riqqətə gətirdi. Bir sözlə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Ruslan Muradov adına Texniki humanitar liseydə 32-ci buraxılış yaddaqalan oldu.

Esmira Hidayətova




Oxunub: 106
Oxşar xəbərlər
SON XƏBƏRLƏR