dini radikalizm və ekstremizmlə mübarizə

“Yumşaq bacarıqlar (Soft skills)” dərs vəsaiti Mingəçevir Dövlət Universitetinin tələbələrinə təqdim edildi


“Yumşaq bacarıqlar (Soft skills)” adlı dərs vəsaiti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin F-343 nömrəli 09 iyul 2020-ci il tarixli qərarı ilə bakalavriat səviyyəsinin “050402 – Biznesin idarə edilməsi”, “050404 – Dövlət və bələdiyyə idarəetməsi”, “050405 – İqtisadiyyat”, “050406 – Maliyyə”, “050407 – Marketinq”, “050408 – Menecment”, “050409 – Mühasibat” ixtisasları üzrə təsdiqlənmiş Təhsil Proqramlarına uyğun işlənib hazırlanmışdır. Dərs vəsaitində Təhsil Proqramında nəzərdə tutulan, müasir iş dünyasında və əmək bazarında işaxtaranlar üçün zəruri olan istiqamətlər əsas götürülmüşdür.
Dərs vəsaitindən ali təhsil müəssisələrində eyni adlı fənnin tədrisi ilə məşğul olan müəllimlər, tələbələr, dövlət və özəl təşkilatlarda müxtəlif sahələrdə çalışan mütəxəssislər və bütövlükdə əmək bazarının tələblərinə uyğun yumşaq bacarıqlara yiyələnmək və inkişaf etdirmək məqsədi olan geniş oxucu auditoriyası istifadə edə bilər.

Oxunub: 429
Oxşar xəbərlər
SON XƏBƏRLƏR