Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək.
Bunu Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.
O qeyd edib ki, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq:
“Tibbi müayinədə fərqli sistem olacaq. Bu sahədə ciddi hazırlıq işləri gedir. Elektronlaşma işləri aparılır, meyarların yenidən işlənməsi və yeni müayinə mərkəzinin yaradılması istiqamətində işlər görülür"
Oxunub: 186