Əfqanıstanın paytaxtı Kabil şəhərinin Alohail bölgəsində mikroavtobusa quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə Əfqanıstanın yerli hakimiyyət orqanları məlumat yayıb.
Kabil Polis Departamentinin nümayəndəsi Xalid Zadran bildirib ki, səlahiyyətlilər partlayışla bağlı bir şübhəlini saxlayıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Oxunub: 128