dini radikalizm və ekstremizmlə mübarizə

Əməkdar artistə yüksək vəzifə verildi

Əməkdar artistə yüksək vəzifə verildi

Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı olub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub.

Xatırladaq ki, R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.

Oxunub: 235
Oxşar xəbərlər
SON XƏBƏRLƏR