dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ İranı bombalayacaq - Hizbullah



ABŞ Hizbullahın İsrailə qarşı əməliyyatları davam etdirəcəyi təqdirdə İranı bombalayacağı barədə xəbərdarlıq edib.

Bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.

“Bizim müqavimətimizi təhdid etməyə necə cürət edirsiniz? Aralıq dənizindəki gəmiləriniz bizi qorxutmur. Əmin ola bilərsiniz ki, biz onları hədəfə ala bilərik”, - Nəsrullah ABŞ-ın xəbərdarlığına cavab olaraq deyib.

Qeyd edək ki, Pentaqon İranın proksi qüvvələrinin Amerika bazalarına qarşı hücumlarına cavab olaraq SEPAH-ın Suriyada istifadə etdiyi obyektləri hədəfə alıb. ABŞ Prezidenti Co Bayden ölkəsinin bölgədəki qüvvələrinə hücumların davam edəcəyi halda İrana ağır zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib.

Oxunub: 200
Oxşar xəbərlər
SON XƏBƏRLƏR