Djb.az xəbər verir. Elza Seyidcahanın AYB- nın üzvü olması qələm əhlin riqqətə gətirib.
Yazarlardan Hüseyn Məmmədov öz sosial media hesabında yazır;
-Dəyərli dostlar düz İki il əvvəl AYB- ə üzv olmaq üçün ərizə vermişəm . Hər dəfə bir bəhanə ilə məni yola salıblar . "GÖZLƏ XƏBƏR VERƏCƏYİK". Mən get-gəldən bezib AYB- nin sədri Anar Rzayevə yazlı sürətdə müraciət etdim. Mənim yazdığım müraciət həmin gün AYB- də müzakirə olunub. Müzakirədən iki ay sonra yazıçılar birliyinin katibi Səlim Babullaoğlu mənə cavab verib ki, siz yazdıqlarımız həqiqətə uyğun deyil. Cəmi 18 manat ödəyəcəyimi bildirdi. Ancaq onun yazdıqlarının heç bir öz eksini tapmadı. Üzvlüyə qəbul olunanlar bildirdi ki, apar haqqını çatdır vəsiqəni al. Mən hansısa bir quruma üzv olmaq üçün nə üçün rüşvət verməliyəm və yaxud verməlidirlər.Mən bir yazıçı kimi təklif edirəm ki, AYB -nin növbədən kənar qurultayı cağrılsın . Son iki il ərzində AYB- ə qəbul olunmuş bütün yazıçı və şairlərin əsərləri komissiya yaradılıb yenidən baxılsın. Ona görə ki, iki il ərzində bu birlikdə şıdırğı alver gedib. AYB-ə qəbul edilən şəxslərə tapşırılıb ki, sosial şəbəkələrdə paylaşım etməyin ki, kimsə bilməsin. Soruşmaq lazımdır nə üçün ?
Mən elə bilirdim təkcə mənəm,sən demə onlarla mənim kimi vətəndaşlar varıymış ki,AYB - ə üzv ola bilmirmiş. Natiq Əlisoyun şerindəki bu bir bənd hər şeyi açıq deyir.
Şair kimi qələm aldım əlimə,
Xidmət etdim vətənimə, elimə,
Axir gəlib ilişmişəm Səlimə,
Alışdırır közü-közə ayıbdı.
Gözəl insan qəlbiniz işıqlı, gözünüz nurlu ,qələminiz iti olsun ! Çox doğru və həqiqəti yazmısınız.
P.S. Elzanın AYB- ə üzv olması bir daha AYB - i olmayan nüfuzunu sıfıra endirdi. Heç vaxt bataqlığa düşmüş bir quruma üzv olmaram.
Dəyərli dostlar Səlim Babullaoğlu üç ay əvvəl mənə xəbər göndərmişdi ki, neçəki mən burada işləyirəm o ( məni nəzərdə tutur) AYB-min üzvü olmayacaq !
Oxunub: 285