dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının əməkdaşlıq və dialoq platformasının daha geniş inkişaf emtəsi mühüm göstəricidir


Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Ölkəmizin sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə Azərbaycana etimadın göstəricisi kimi Qoşulmama Hərəkatına sədrliyimiz daha bir il uzadıldı.
Qoşulmama Hərəkatı Azərbaycanın effektiv sədrliyi sayəsində pandemiya ilə mübarizədə ən səmərəli fəaliyyət nümayiş etdirən təsisat kimi yadda qaldı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nın COVID-19-la mübarizəyə həsr olunmuş toplantısı baş tutdu. Məlum olduğu kimi, toplantı çərçivəsində pandemiya ilə mübarizə istiqamətində qüvvələrin səfərbər olunması imkanları, qarşılıqlı yardım məsələləri və gələcəyə baxışlar ətrafında geniş müzakirələr aparıldı. Toplantıda çıxışı zamanı Azərbaycan Prezidenti Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində görülən işlər, ölkəmizin qlobal müstəvidə xəstəliklə mübarizə istiqamətində verdiyi töhfələr haqqında məlumatlar verməklə yanaşı, mühüm təşəbbüslər də irəli sürdü. Bunlardan biri də ondan ibarət oldu ki, BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilsin. Azərbaycan Prezidentinin bu təşəbbüsü qısa zaman ərzində dünya dövlətləri tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiyanın keçirilməsi baş tutdu. Bu, Qoşulmama Hərəkatının bir təsisat kimi nüfuzunu əhəmiyyətli dərəcədə artırmış oldu. Bütün bunlar ölkəmizin Qoşulmama Hərəkatının ən təsirli və nüfuzlu ölkələrindən biri olduğunu bir daha sübut edir. Azərbaycanın sədrliyi dövründə isə Qoşulmama Hərəkatının daha dinamik inkişafı, daha uğurlu əməkdaşlıq və dialoq platformasına çevrilməsi üçün kifayət qədər təsirli elementlər formalaşıb.


Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və
Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 245
Oxşar xəbərlər
SON XƏBƏRLƏR