Azərbaycan və Bosniya və Herseqovina Respublikaları arasında olan əlaqələr yüksələn xətlə inkişaf edir. Xüsusilə siyasi müstəvidə aparılan əlaqələr hər iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qalxamasına zəmin yaradir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini bütün lazımı olan məsələlərdə dəstəkləmələri mühüm önəm daşıyıb. Torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovina Respublikasının Azərbaycana olan mövqeyi xüsusi əhəmiyyət kəsb edib.
Azərbaycan və Bosniya və Herseqovi¬na münasibətlərində iqtisadi əməkdaş¬lıq əsas mühüm amillərdən biridir. Ölkərələrimiz arasında ticari-iqtisadi əlaqələr getdikcə genişlənir.Yola saldığımız 20220-ci ildə ölkələrimiz ümumi ticarət dövriyyə¬sinin həcminin 5 milyon ABŞ dolları, o cümlədən idxalın həcminin 2 milyon dol¬lar, ixracın həcminin isə 3 milyon dollar təşkil etməsi bunun bariz ifadəsidir. 2022-ci ildə iki ölkə arasın¬dakı ticarət dövriyyəsi 3,2 dəfə artaraq 5,1 milyon dollar olub. Bu isə 2020-ci illə müqayisədə 7 dəfə çoxdur.
Qeyd etməliyəm ki ,ölkəmiz müxtəlif zamanlar da bu tərəfdaş humanitar yardım etməklə eti¬barlıq, sədaqətlik və dostluq nümunəsi göstərib. Məhz, 2014-cü ildə Bosniya və Herseqo¬vinaya baş vermiş təbii fəlakət nəticə¬sində sel daşqınlarından zərər çəkmiş insanlar üçün Azərbaycan Respublikası tərəfindən dəyəri 336 min ABŞ dolları olan huma¬nitar yardım göndərilib. Sonrakı dövrlərdə , koronavirusla mübarizəyə dəstək məqsədilə Azər¬baycandan bu ölkəyə 2020-ci ildə dəyəri 244 min dollara olan tibbi və gigiyenik məhsullardan ibarət humanitar yardım, 588 min dollar məbləğində isə humanitar məqsədli maliyyə yardımı edilmişdir.Ölkəmiz Bosniya və Herseqo¬vinanın enerji təhlükəsizliyində də önəm¬li rol oynayan əsas ölkələrdən biridir. Məhz, 2020-ci il oktyabrın 1-də isti¬fadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru, Serbiyanı ümumi sistemlə birləşdirəcək və hazırda üzə¬rində iş aparılan interkonnektor, eləcə də İonika-Adriatik dənizi layihəsi tərəfdaşolan ölkənin enerji təchizatına əhəmiyyətli təsir göstərəcək gücə malik olacaq. Rəsmi görüş zamanı Bosniya və Herseqovi¬na Respublikasının Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç mətbuata bəyanatında çıxış edərək de¬yib: “Biz nəqliyyat, energetika, turizm və digər sahələrdə imkanları nəzərdən ke¬çirdik. Hesab edirəm, bu, yaxşı fürsətdir ki, biz bununla bağlı nazirliklərimizə tə¬limat verək ki, konkret layihələrlə bağlı siyahı hazırlansın, maraqlarımız nədən ibarətdir, sərmayə harada tələb olunur. Biz bütün bunlarla bağlı təlimatlarımızı verəcəyik.Azərbaycan bizim üçün çox mü¬hüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstək¬ləyirik, eyni zamanda, ikitərəfli müna¬sibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu məsələdə də inkişaf görürük”.Ümumilikdə tərəfdaş ölkənin Azərbaycan Respublikası haqqında mövqeyi ökləmizin regionda və beynəlxalq müstəvidə özünün etibarlılıq və sadaqətlilik statusunu yaratmasının bariz nümunəsidir.Bu bir daha Azərbaycan Respublikasının xarici siyasətinin ali uğuru kimi qiymətləndirmək olar.B usəfər zamanı Ölkə başçısı Prezident cənab İlham Əliyev də bə¬yanatla çıxış edərək baş tutan bu səfərlə iki ölkə müna¬sibətlərində yeni bir səhifənin baş¬landığını, əməkdaşlığın daha da güclənməsi üçün yeni imkanlar açıl¬dığını, imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin gələcək in¬kişaf istiqamətlərini şərtləndirdiyini bil¬dirib. Prezident İlham Əliyev çıxışında siyasi və diplomatik müstəvidə olduğu kimi, iqtisadi sahədə də daha məqsəd¬yönlü tədbirlər həyata keçiriləcəyini, bunun üçün Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edildiyini, konk¬ret layihələr üzrə işçi qrupunun yara¬dılmasının razılaşdırıldığını diqqətə çatdıraraq deyib: “Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzin¬də öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.Dövlət başçımız tərəfindən səsləndirilən bu bəyanatın¬da, həmçinin iki ölkə arasında hidroenergetika, eyni zamanda, bərpao¬lunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacağı, bu istiqamət¬də ciddi addımların atılmasının müm-künlüyünə ciddi əminlik olduğu, Azər¬baycan tərəfindən digər xarici ölkələrlə yanaşı, Bosniya və Herseqovinaya da böyük həcmdə investisiya yatırılacağı barədə fikirlərini səsləndirib.Azərbaycan-Bosniya və Herseqovinaya Respublikaları arasında bundan sonra ki, münasibıətlər dahada yüksək inkişaf xətti üzrə inkişafına böyük töfhə verəcək.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Oxunub: 321