dini radikalizm və ekstremizmlə mübarizə

YAĞLI RESENZİYA


(Novella)


...Özümə məxsus səhifəmin ədəbi-bədii sütunuda bir şeir yazıb paylaşmışdım.Ana sevgisini,Ana məhəbbətini nə qədər incə detallarla verməyə çalışsam da yenə də məni tam qane etmirdi.Hiss edirdim ki,hardasa...nə isə çatışmır.
Ana laylasını,bənzərsiz beşik nəğməsini hər cür metaforadan keçirsəm də ancaq fikrimdə,xəyalımda qanadlanıb uçuşan o sözləri,kəlmələri tapıb eyni ilə kağız üzərinə köçürtməkdə acizlik çəkirdim... Bəlkə də bu,bir möcüzə...bir sirr idi ki,Ana borcunu hətta sözlərlə belə qaytarmaq mümkün deyildi?!.
Amma bir təhər hissimi,duyğularımı...içimdən gələn həzin,kövrək həyacanlı səsləri dinləyə-dinləyə şeirimi...nə qədər çətin olsa da tamamlaya bilmişdim.
Və bir neçə dəfə öz-özümə oxuyub qismən olsa da rahatlıq tapmışdım.
Sonra isə oxucuların mühakiməsinə ötürmüşdüm ki,görüm nə deyib,nə yazırlar?
İnsafən...rəy yazanlar,fikir,münasibət bildirənlər də az deyildi.
Nədən ki,müqəddəs,İlahi bir mövzu idi!
Hətta şeir də Ana obrazının belə qabardılması çoxlarını kövrəltmişdi də.
...Elə bu heyni mənə zəng gəldi.
Telefonu açdım,köhnə tanışlardan idi.Uzun müddət rayonda müxtəlif vəzifələrdə işləmişdi.
-Buyurun,dedim.
Xoş-beşdən,hal-əhvaldan sonra dedi ki,indi də keçək əsas məsələyə.Təzə yazıb sosial mediada paylaşdığın məqaləni oxudum,qağa.
-Nə məqalə?Axı mən məqalə yazmıram,-dedim.
Yox ee...onu demirəm.Çay süfrəsi arxasındakı şəklinlə bir yerdə olanı deyirəm.
Bəlkə söhbətin yönünü bilərəkdən dəyişdi,deyə bilmərəm...
-Maşallah,şəklində də çox cavan görünürsən.
Kənddən gətirdiyim fotomdur,-dedim.
-Nə olsun ki?.
Mən özüm də belə təmtəraqlı süfrə arxasında şəkil çəkdirməyin ölüsü deyiləmmi?
-Görürəm ki,içdiyin çay rəngsizdir.O dəqiqə bildim ki,bu kəklik otu çayıdır.Stolun üstündəki mer-meyvələr,çərəzlər,cürbəcür konfetlər çox xoşuma gəldi.Süfrə arxasındakı çay dəstgahı belə olar,səninki kimi!
Nə başınızı ağrıdım,tanışım süfrəyə bu saydıqlarını elə bil öz əli ilə gətirib bir-bir düzmüşdü.Az qalmışdı ki,meyvələrdəki çəyirdəklərin,tumların da sayını deməyə...Bir-bir meyvələrərin sortunu,dadını...çərəzlərin qabığının rəngindən tutmuş faydasına qədər yorulmadan mənə xırdalayırdı,elə hey...
-Bax,həmişə belə ol,zövqün çox xoşuma gəldi.Halal olsun!
Özgə çarəm yox idi.Onun hər bir rəyindən,mülahizəsindən,"tərifindən" sonra "Sağ ol,var ol" deməyə məcbur idim...
Belə "diqqətli və həssas" olmağına görə təşəkkür etdikdən sonra sağollaşıb telefonu söndürdü.
Doğrusu,hələ də özümə gələ bilmirdim...Bir belə telefon danışığı,söz-söhbət ərəfəsində nəinki yazdığım şeirin adını,heç ondan bir sətiri,bir misranı belə xatırlatmadı da mənə dostum.Şeiri tamam unutmuşdum.Elə yaxamı tutub buraxmayan və
məni ən çox ağrıdan və üzən də gözləmədiyim oyundan kənar bu,yağlı "resenziya" idi!..

Həsən Orucoğlu

Oxunub: 386
Oxşar xəbərlər
SON XƏBƏRLƏR