dini radikalizm və ekstremizmlə mübarizə

HƏQİQƏTƏN DƏ, ADLARIN İNSAN HƏYATINA VƏ TALEYİNƏ OLDUQCA ÇOX BÖYÜK BİR NÜFUZEDİCİ GÜCÜ VARDIR!


Həqiqətən də, adların insan həyatına və taleyinə olduqca çox böyük bir nüfuzedici gücü vardır!

Hələ o adlar Uca Allah-Təalaya(c.c), mələklərə, peyğəmbərlərə məxsus ola!

Həmin adları məqalənin axırında qeyd edəcəyəm və o adlar haqqında sizə tövsiyə edəcəyəm!

Şəxsən insan təcrübəsindən qaynaqlanaraq onu deyə bilərəm ki, Allahın, mələklərin və peyğəmbərlərin adları altında yaşayan elə bir insan görmədim ki, ya xoşbəxt yaşasın və ya da ki, rahat bir şəkildə dünyasını dəyişsin! Allahın, mələklərin və peyğəmbərlərin adlarını daşıyan bütün insanlar həm bədbəxt həyat yaşamış və həm də faciəvi bir ölüm nəticəsində bu dünya ilə vidalaşmışdırlar! Çünki, o adları daşıyan insanlar həmişə həyatda kasıbçılıqdan, xəstəlikdən, müxtəlif bəlalardan və müsibətlərdən əziyyət çəkirlər.

Heç bir şəriki, tayı-bərabəri, oxşarı və bənzəri olmayan Allahımızın müqəddəs 99 adı vardır ki, bunlar "Əsmaül-Hüsna" adlanır! Yəni "Gözəl adlar" mənasını verir. Bu müqəddəs 99 adın içərisində düz 37 ad vardır ki, Azərbaycanda istifadə olunur. Amma istifadə edilməsə, daha yaxşı olar! Həmin adlar bunlardır:

Möhsün, Şəfi, Seyyid, Rafiq, Cavad, Cəmil, Vəhhab, Vəli, Vahid, Nasir(Nəsir), Məlik(Malik), Məcid, Mətin, Lətif, Kərim, Kəbir, Qərib, Qədir, Qadir, Raqib, Fəttah, Qafur, Əzim, Əziz, Alim, Saməd(Səməd), Salam, Rəhim(Rahim), Rəhman, Rauf, Xaliq, Həmid, Hafiz, Cabbar, Əkrəm, Zahir, Əla(Əli), Əhəd.

Mələklərin adları: Cəbrayıl, İsrafil, Mikayıl.

Peyğəmbərlərin adları: Adəm, İbrahim, İshaq, İsmayıl, İdris, İlyas, İsa, Yaqub, Yusif, Yunis, Yəhya, Süleyman, Saleh, Zəkəriyya, Musa, Davud, Üzeyir, Loğman Eyyub, Harun, Xızır, Şüeyb, Məhəmməd.

Allah tərəfindən verilən müqəddəs adlar: Yəhya, İsa, Həsən, Hüseyn.

Həzrəti Məhəmməd peyğəmbərin(s.a.s) digər müqəddəs adları: Mahmud, Mustafa, Əhməd.

Ümumiyyətlə, Uca Allah-Təalanın(c.c) müqəddəs adlarını birmənalı olaraq insana vermək olmaz! Əgər belə bir şey varsa da, heç olmasa, həmin adın əvvəlində "Əbdül", yəni "Qulu" ifadəsi qoyulsun. Məsələn: Əbdürrəhman, Əbdülkərim, Əbdülqadir, Əbdüssəməd. Mənaları isə belədir: Rəhman olan Allahın qulu, Kərim olan Allahın qulu, Qadir olan Allahın qulu, Saməd olan Allahın qulu.

Əsla bu adları verməyin: Əliqulu, Həsənqulu, Hüseynqulu, Abbasqulu, Məmmədqulu və s. Çünki, hamımız Allahın quluyuq! Bu adlar günahdır! Nəbi, Rəsul adlarını da verməyin! Çünki, o adlar "Allahın elçisi", "Peyğəmbər" mənalarına gəlir. "İlahə" adını da vermək olmaz. Çünki, o ad da günahdır!

Allahın məxsusilə sevdiyi bəndələrinə verdiyi adlar vardır ki, bunu məhz sırf Uca Allah-Təala(c.c) özü vermişdir! O adları qətiyyən insanlara vermək olmaz! Məsələn: Yəhya, İsa, Həsən və Hüseyn.

Məsələn, Peyğəmbərimiz(s.a.s) bir hədisində buyurmuşdur:

"Allahın xoşladığı iki ad vardır: bunlar Abdullah və Əbdürrəhmandır".

Yəni "Abdullah" adı "Allahın qulu" deməkdir və "Əbdürrəhman" adı isə "Rəhmanın qulu" deməkdir.

Müqəddəs adların hamısını yenidən aşağıda qeyd edirəm:

Möhsün, Şəfi, Seyyid-Seyid, Rafiq, Cavad, Cəmil, Vəhhab, Vəli, Vahid, Nasir-Nəsir, Məlik-Malik, Məcid, Mətin, Lətif, Kərim, Kəbir, Qərib, Qədir, Qadir, Fəttah, Qafur, Raqib, Əzim, Əziz, Alim, Saməd-Səməd, Salam, Rəhim-Rahim, Rəhman, Rauf, Xaliq, Həmid, Hafiz, Cabbar, Əkrəm, Zahir, Əla-Əli, Əhəd, Cəbrayıl, İsrafil, Mikayıl, Adəm, İbrahim, İshaq, İsmayıl, İdris, İlyas, İsa, Yaqub, Yusif, Yunis, Yəhya, Süleyman, Saleh, Zəkəriyya, Musa, Davud, Üzeyir, Loğman Eyyub, Harun, Xızır, Şüeyb, Məhəmməd, Mahmud, Mustafa, Əhməd, Həsən, Hüseyn, Nəbi, Rəsul.

Bu məqaləni oxuyan oxucular! Yəqin ki, ailənizdə, qohum-əqrəbanızda, qonşularınızda, dostlarınızda belə adları daşıyan insanlar var! Sizi and verirəm Allaha, baxın, görün, həmin adamlar xoşbəxtdir, ya yox?!

Allahın müqəddəs adlarına baxaq! İnsana necə "Əhəd" adını vermək olar? Axı o, "Tək və Bir" mənasını verir. Həqiqətən də, Allah tək və birdir. İnsan isə cəmiyyət arasında olmağa məhkumdur. Günahkar bir insana "Rəhman" adını necə vermək olar ki, mənası "Bütün məxluqatı öz rəhmətinə qərq edən" deməkdir. Həqiqətən də, Allahın rəhməti hər şeyi əhatə edir! "Rəhim" adını necə vermək olar ki, mənası "Rəhimli" deməkdir. Məgər, yeri gələndə, insan rəhmsiz olmağı bacarmırmı?! Allah isə sonsuz rəhimlidir! İnsana "Əla-Əli" adını necə vermək olar? Axı o, "Ən uca" mənasını verir. Həqiqətən də, ən uca məhz Allahdır! İnsan isə günahkar bəndədir. İnsana "Əkrəm" adını necə vermək olar? Axı o, "Ən kəramətli" deməkdir və heç şəkk-şübhəsiz ki, ən kəramətli olan Allahdır! Ondan üstün kəramət sahibi yoxdur! İnsana "Cabbar" adını necə vermək olar? Axı o, "Aman verməyən" deməkdir və aman verən də, verməyən də yalnız Rəbbimizdir! İnsana "Həmid" adını necə vermək olar?! Axı o, "Tərifə layiq" deməkdir və heç şəkk-şübhəsiz ki, ən gözəl tərifə layiq olan isə pak və müqəddəs Rəbbimizdir! İnsana necə "Xaliq" vermək olar? Bu, günahdır! Axı o, "Yaradan, Xəlq edən" deməkdir! Heç şəkk-şübhəsiz ki, yaradan da, xəlq edən də, öldürən də, dirildən də yalnız və yalnız Allahdır! İnsan isə yaradılmış və aciz varlıqdır! İnsan həm möhtacdır və həm də ölümə məhkumdur! İnsana "Rauf" adını necə vermək olar?! Axı o, "Yazığı gələn, Hala acıyan" deməkdir. Heç şəkk-şübhəsiz ki, yaratdığı bəndələrinin halına acıyan məhz sırf Allahdır! İnsan isə əsla elə ola bilməz! Çünki, insan rəhmsiz, qan tökən, vəfasız bir varlıqdır! Dünya təcrübəsi və aşkar xronologiya özü buna şahiddir! Allah hala acıyandır ki, bəndələrinin bu qədər eybəcər əməllərinə səbr edir, mərhəmət edir və təcili bəla göndərmir! İnsana necə "Raqib" adını vermək olar? Axı o, "Nəzarət edən" deməkdir. Allah həm dünyaya və həm də yaratdığı bütün bəndələrinə nəzarət edir. İnsan belə ola bilməz. Çünki, insan özünə nəzarət edə bilməz. Bu İlahi sifət Allaha məxsusdur! İnsana "Saməd-Səməd" adını necə vermək olar! Axı o, "Heç nəyə möhtac olmayan" deməkdir. İnsan isə hər şeyə möhtacdır. İnsan Allaha, yaşamağa, yeməyə, içməyə, yatmağa, mərhəmətə möhtacdır. Heç nəyə möhtac olmayan və heç nəyə ehtiyacı olmayan isə yalnız və yalnız Allahdır! "Alim" adını necə vermək olar? Axı o, "Bilən" deməkdir. İnsan isə heç nəyi, daha doğrusu, çox şeyi bilmir. Allah isə hər şeyi bilir! "Əziz" adını vermək olar? Axı o, "Güclü, izzətli" deməkdir. İnsan güclü və izzətli ola bilməz. Çünki, insan tabe olduğu istəkləri naminə, yeri gələndə, alçalmağa belə, razı olur. Allah isə güclü və izzətlidir. Onun gücü və izzəti hesabsızdır, sonsuzdur! "Əzim" adını necə vermək olar ki, o, "Əzəmətli" mənasını verir. Gördüyümüz bütün yaradılış Allahın müqəddəs əzəmətinin təcəssümüdür! Əzəmət Allaha aiddir! İnsan isə əzəmətli ola bilməz. Çünki, insan nəfsinə tabe olandır. "Qafur" adını necə vermək olar ki, mənası "Bağışlayan" deməkdir. İnsan isə təkəbbürü, lovğalığı, düşmənçiliyi, kini ucbatından çox vaxt bağışlamaqdan vaz keçir. Ancaq bağışlayıb və ya bağışlamamaq isə məhz sırf Rəhman olan Allaha məxsus bir müqəddəs sifətdir! "Qəni" adını necə vermək olar ki, mənası "Ən varlı, heç nəyə ehtiyacı olmayan" deməkdir. İnsan isə hər şeyə möhtacdır. Rəbbimiz isə sonsuz nemət sahibidir! "Fəttah" adını necə vermək olar ki, "Fəth edən" deməkdir. Allah hər şeyi fəth edəndir, insan isə çox şeyi fəth edə bilməz. "Qadir" adını vermək olar ki, mənası "Hər şeyə qadir, bacarıqlı" mənasını verir. Bəli, Allah hər şeyə qadirdir, hər şey edə bilər və edir də. İnsan isə heç nəyə qadir deyil. "Qədir" adını necə vermək olar ki, "Hamıdan qüdrətli" mənasını verir. Halbuki, hamıdan qüdrətli və hər şeydən üstün olan yalnız və yalnız Allahdır! İnsan isə qüdrətli deyil. Çünki, insan hər şeyə möhtac, hər an ölümü gözləyən bir varlıqdır. "Qərib" adını necə vermək olar ki, "Yaxın" mənasını verir. Allah bizə şah damarımızdan da yaxındır! Amma insan isə qafildir. "Kəbir" adını necə vermək olar ki, mənası "Böyük" deməkdir. Bəli, Allah hər şeydən böyükdür! İnsan isə heç kimdir. "Kərim" adını necə vermək olar ki, mənası "Səxavətli, Kəramətli" deməkdir. Allah səxavətli və kəramətlidir. İnsan isə simicdir, bəzən bacardığı köməyi əsirgəyə bilir və bundan utanmır da. "Lətif" adını necə vermək olar ki, mənası "Lüftkar, incə qəlbli" deməkdir. Axı lütf edən Allahdır! Bizlər Allahımızın müqəddəs lüftü sayəsində yaşayırıq, yeyirik-içirik, uğur qazanırıq, xoşbəxt oluruq! İnsan isə incə qəlbli ola bilməz. Çünki, o, yeri gələndə, daş qəlbli olmağı da bacarır. "Mətin" adını necə vermək olar ki, mənası "Möhkəm, dözümlü" deməkdir. Axı insan möhkəm və dözümlü deyil. Möhkəm və səbr edən isə yalnız Allahdır! İnsan isə tez sınır və sarsılır. "Məcid" adını necə vermək olar ki, mənası "Şanlı" deməkdir. Allah şan-şöhrətlidir, insan isə elə ola bilməz! "Məlik" adını necə vermək olar ki, mənası "Hökmdar, mütləq hakim" deməkdir. Bəli, Allah mütləq hakimdir və hökmdarlar hökmdarıdır! İnsan isə bəşərdir və fanidir. "Nasir və ya Nəsir" adını necə vermək olar ki, mənası "Kömək edən" deməkdir. Köməyi yalnız Allah edə bilər, insan özü köməyə möhtacdır! "Vahid" adını necə vermək olar ki, mənası "Vahid, tək, bir" deməkdir. Bəli, Allah hər şeyi əhatə edən, vahid və təkdir. İnsan isə cüt yaradılmışdır. İnsanlar tək ola bilməzlər, onlar həmişə bir yerdə olurlar. "Vəli" adını necə vermək olar ki, mənası "Yaxın, dost, köməkçi" deməkdir. Həqiqətən də, Allah insana şah damarından yaxındır və o, ən gözəl köməkçidir. Çünki, insan Allahdan başqa heç kimin olmadığı bir yerdə çətinliyə düşərkən, ona yalnız Allah kömək edə bilər! Çünki, Rəbbimiz hər yerdədir və ən tez köməyə gələn də məhz sırf odur! İnsan bir-birindən uzaqdadır. "Vəhhab" adını necə vermək olar ki, mənası "Hədiyyələr verən" deməkdir. Həqiqətən də, Allah insanlara möhtac olduqları və sevinəcəkləri hədiyyələri bəxş edir. "Cəmil" adını necə vermək olar ki, mənası "Gözəl" deməkdir. Halbuki, ən gözəl Allahdır və insanların isə eybəcər əməlləri kifayət qədərdir. "Cavad" adını necə vermək olar ki, mənası "Səxavətli, açıq qəlbli" deməkdir. Həqiqətən də, Allah səxavətlidir ki, özü yeyib-içmir və bizləri yedizdirir-içizdirir! "Rafiq" adını necə vermək olar ki, mənası "Xeyirxah" deməkdir. Allah ən gözəl xeyirxahdır! İnsan isə xeyirxahlıqdan daha çox şeytani əməllərə əsirdir. "Seyyid və ya Seyid" adını necə vermək olar ki, mənası "Ağa, hökmdar" deməkdir. Yerin və göyün səltənəti Uca Allaha məxsusdur! O, hamımızın ağasıdır! Ona həmd olsun! "Şəfi" adını necə vermək olar ki, mənası "Şəfa verən, sağaldan" deməkdir. Həqiqətən də, Allah şəfa verəndir, sağaldandır! İnsan isə şəfaya, sağalmağa möhtacdır! "Möhsün" adını necə vermək olar ki, mənası "Yaxşılıq edən, xeyirxah işlər görən" deməkdir. Həqiqətən də, Rəbbimiz xeyirxah işlər görərək işlərimizi avand edir, bizə yaxşılıq edərək ömrümüzü uzadır, ruzi-bərəkətimizi verir. Peyğəmbərlər göndərərək insanları Cənnətə çağırır, onları pis yollardan uzaqlaşdıraraq öz müqəddəs yoluna gətirmək, onları əfv etmək və İlahi rəhmətə qərq etmək istəyirdi.
Dünyaya gələn övladlarınıza elə adlar qoyun ki, həmin adlar Uca Allahımızın qəzəbinə səbəb olmasın! Və o qəzəb övladlarınızın həyatını çətin, sonunu isə dəhşətli etməsin!
Allah övladlarınızı xoşbəxt etsin!

Amin!
Ərtoğrul Mehdizadə
Tarix: 17 yanvar 2026-cı il, şənbə günü.

Oxunub: 24
Oxşar xəbərlər
SON XƏBƏRLƏR