dini radikalizm və ekstremizmlə mübarizə

Yevlaxda ərin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb



Noyabrın 19-u saat 06 radələrində 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR