Djb.az xəbər verir. Xocəsən qəsəbə klubunda Zəfər gününə həsr olunmuş "Qələbəmiz, qürurumuz, zəfərimiz "adlı tədbir keçirildi.
Tədbir Xudayarın təsnifi ilə baçlayır, təsnif sonlanır aparıcılar qonaqları salamlayır .Tədbirə dəvət olunan qonaqlardan Vətən müharibəsi iştirakçısılarından Allahverdiyev Səbuhi, Zahidov Ağaəmi, Dadaşov Xəlil, Novruzov Elxan Əliyev İlfa , 1-ci Qarabağ savaşında iştirak etmiş Qazi Novruzov Elxan, Şəhid Məmmədov Turalın ailəsi, Şəhid Hüseynov Həcinin anası Rəna xanım,Şəhid Daşdəmirov Talehin anası Xalidə xanım və bacısı Ülviyyə xanım, Klubun direktoru Taleh Ocuyev, 103 saylı məktəbin müəllim və şagird kollektivi istirak edirdilər.Azərbaycanın himni ilə açıq elan olunan tədbirdə 1dəqiqəlik sükutla şəhidlər yad edildı. Aparıcılar Xalidə və Pusat Zəfər günü haqqında məlumat verirdikdən sonra söz şagirdlərə verildi onlar "Şuşa" və "Əsgər"şeirini səsləndirdikdən sonra "Zəfər günü" nə həsr edilmiş videoçarxa tamaşa edildi.11-ci sinif şagirdi Mehriban "Amin" mahnısını ifa etdikdən sonra Şəhid Daşdəmirov Talehin anası Xalidə xanım çıxış etdi. Əliyev İlfa 1-ci Qarabağ savaşı qazisi səhnəyə çıxaraq zəfərimizdən, qələbəmizdən söz açdı.
Şagirdlərin ifasında səslənən "Xarı bülbül" və "Zəfər günün mübarək", "Şuşa" şeirləri iştirakçıları qürurlandırdı.
Tədbir Çinarə Məlikzadənin "Od ürəkli, od nəfəsli Azərbaycan "mahnısının ifası ilə sonlandı.
Oxunub: 314