dini radikalizm və ekstremizmlə mübarizə

Deputat bələdiyyə üzvləri ilə görüşdü


Martın 13-də Milli Məclisin deputatı Aydın Mirzəzadənin Mingəçevir Bələdiyyəsinin üzvləri ilə görüşü keçirildi. Millət vəkili A.Mirzəzadə bələdiyyənin yeni seçilmiş üzvlərini təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı və təkliflərini bildirdi.
Bələdiyyənin sədri Anar İsmayılov səmimi sözlər üçün deputata təşəkkürünü bildirdi, bələdiyyənin seçicilərin etimadını doğruldacağını əmin etdi və nəzərdə tutulmuş layihələrdən danışdı.
Bələdiyyə üzvləri onları maraqlandıran suallarla deputata müraciət etdilər.
Görüşün sonunda bələdiyyənin inzibati binasının qarşısında kollektiv şəkil çəkildi.

Oxunub: 136
Oxşar xəbərlər
SON XƏBƏRLƏR