dini radikalizm və ekstremizmlə mübarizə

15 yaşlı qızı qaçırıb cinsi əlaqədə oldu, HƏBS EDİLDİ

15 yaşlı qızı qaçırıb cinsi əlaqədə oldu, HƏBS EDİLDİ


Gədəbəy rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs həbs edilib.

Rayonun Çobankənd sakini olan 2001-ci il təvəllüdlü Xanlar Əsgərov (soyad şərtidir) 2007-ci il təvəllüdlü, Şahdağ kənd sakini olan sevgilisi Kəmalə Əliyevanı bu ilin 6 mart tarixində qaçırıb.

Kəmalə ailə üzvləri ilə tanış olub onlarla birgə yaşamağa başlayıb. Bundan sonra Xanlar Kəmalə ilə ər-arvad münasibətlərində olmaqla birgə yaşamağa başlayıb. O, yeniyetmə qızla bir neçə dəfə cinsi əlaqədə olub.

Məhkəmədə ifadə verən yeniyetmənin anası bildirib ki, Xanlar 2022-ci ilin əvvəllərindən etibarən qızı Kəmalə ilə ailə qurmaq istəyib:

"Qızım Kəmalə 16 yaşına çatmadığı üçün evlənməsinə razılıq vermədik. Buna baxmayaraq, 6 mart 2022-ci il tarixdə gecə saatlarında Kəmalə Xanlarla əvvəlcədən danışıb razılaşdığı kimi evdən qaçıb. Kəmalənin qaçdığını biləndən sonra Xanların valideynləri ilə söhbət etdik. Kəmalə artıq qaçdığı üçün geri qaytarmağa cəhd göstərmədik. Həmin gündən sonra isə Kəmalə ilə Xanlar ər-arvad münasibətlərində yaşamağa başlayıblar. Hazırda onlar normal ailə kimi yaşayırlar və çox xoşbəxtdirlər".

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə, X. Əsgərov Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

"Unikal"

Oxunub: 2 122
Oxşar xəbərlər
SON XƏBƏRLƏR