Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.
Bu, Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında əksini tapıb.
Məlumata əsasən Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb.
Qərar sentyabrın birindən qüvvəyə minir.
Oxunub: 706