Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.
İlk oyun günündə üç qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Norveçdə “Budyo Qlimt”in qonağı olacaq. Zədəsini sağaldan 25 yaşlı hücumçunun bu oyunda meydana çıxması gözlənilir. Emreli ötən il Polşa “Legiya”sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada “Kopenhagen”lə üz-üzə gələcək. Digər qarşılaşmada isə Şotlandiya “Reyncers”i evdə Niderlandın PSV klubunu sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
16 avqust
23:00. “Budö Qlimt” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya)
23:00. “Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə)
23:00. “Reyncers” (Şotlandiya) - PSV (Niderland)
Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.
Oxunub: 634