dini radikalizm və ekstremizmlə mübarizə

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Quba rayonunda tədbir keçirib


Djb.az xəbər verir ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i aprel ayının 12-sində “İnsan alverinə birgə yox deyək! adlı tədbirlərin təşkili adlı layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında maarifləndirmə tədbiri keçirib. Tədbirdə “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri eyni zamanda sözgedən layihənin rəhbəri Mehriban Abdullayeva, layihənin hüquqşünası, psixoloqu və layihə üzrə ekspert, Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev, AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Fuad Rzazadə, Universitetin müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Mehriban Abdullayeva ilk öncə gələn qonaqları və tədbir iştirakçılarını salamlayıb. Daha sonra vətən uğrunda canından keçmiş qəhrəman vətən oğullarının-şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla anılıb. Layihənin rəhbəri çıxış edərək qeyd edib ki, həyata keçirdikləri “İnsan alverinə birgə yox deyək! adlı tədbirlərin təşkili adlı layihəsinin məqsədi dövlətin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.
Tədbir zamanı iştirakçılar ilə İnsan alverinin qarşısının alınması məqsədi ilə maarifləndirmə və təbliğat işi təşkil edilib, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə maarifləndirilib, onlara insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri haqqında məlumat verilib. Tədbir zamanı gənclərə layihə çərçivəsində hazırlanıb çap olunmuş maarifləndirici bukletlər paylanılıb. Tədbir gedişatında gənclərlə problemin həlli istiqamətində hüquqi və psixoloji söhbətlər aparılıb, verilən suallar cavablandırılıb. Sonda gənclərlə xatirə fotoları çəkilib.
Məlumat üçün qeyd edək ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i “İnsan alverinə birgə yox deyək! adlı tədbirlərin təşkili adlı layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.





Oxunub: 175
Oxşar xəbərlər
SON XƏBƏRLƏR