dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya Qərbə əməlli-başlı SURPRİZ YAŞATDI: ABŞ və Avropanın uğursuzluğunun İLGİNC SƏBƏBLƏRİ

Rusiya Qərbə əməlli-başlı SURPRİZ YAŞATDI: ABŞ və Avropanın uğursuzluğunun İLGİNC SƏBƏBLƏRİ

Prezident Vladimir Putin Qərbin Rusiyaya qarşı apardığı iqtisadi blitskriqin (İkinci Dünya Müharibəsi zamanı almanların əsas döyüş doktrinasıdır) uğursuz olduğunu açıqlayıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, politoloq Andrey Kortunov ABŞ və Avropa İttifaqının uğursuzluğunun səbəblərindən danışıb.

Qeyd edək ki, aprelin 18-də iqtisadi məsələlərlə bağlı keçirilən müşavirədə president Putin Qərbin sanksiyalarının ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edib. Bununla yanaşı Rusiya lideri Qərbin heç vaxt öz məqsədinə çatmayacağını vurğulayıb. Putin bildirib ki, Rusiyaya tətbiq edilən məhdudiyyətlər bank sistemini çökdürməyib, eləcə də məhsul qıtlığına və bazarlarda panikaya səbəb olmayıb. Üstəlik, sanksiyalar Rusiyaya təzyiq göstərmək istəyən qüvvələrin özlərinə zərər vurub.

Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov Qərbin uğursuzluğu və Rusiyanın misli görünməyən sanksiyalar qarşısında dayanıqlılığı ilə bağlı fikirlərini bölüşüb. Ekspertin sözlərinə görə, ABŞ və Avropanın uğursuzluğu ilk növbədə Rusiyanın hadisələrin bu cür inkişafına hazırlaşması ilə bağlıdır. Hər şeyi öncədən görmək mümkün olmasa da, Moskva vaxtında müvafiq tədbirlər görməyi bacarıb: “Hesab edirəm ki, sanksiyalar universal olduqda effekt verir. Yəni Cənubi Afrikada olduğu kimi bütün dünya ölkələri bu sanksiyalara qoşulsa, o zaman nəticə fərqli olardı. Amma indi biz görürük ki, dünyanın anti-Rusiya sanksiyalarına münasibəti fərqlidir. Bu da məhdudiyyətlərin effektini əhəmiyyətli dərəcədə azaldır” – Kortunov bildirib.

Mütəxəssisin fikrincə Rusiyanın belə güclü iqtisadi hücumu cilovlaya bilməsi Qərb üçün sürpriz olub: “Həm amerikalılar, həm də avropalılar hadisələrin tam fərqli senaridə cərəyan edəcəyini düşünürdülər. lakin hər şey tam əksinə oldu. Bununla belə, Rusiyada tamamilə iflasa uğramış sanksiyaların nəticələri hələ bir müddət hiss olunacaq” – Kortunov fikirlərini tamamlayıb.

Oxunub: 296
Oxşar xəbərlər
SON XƏBƏRLƏR