dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir məktəblərində “narkomaniya və dini radikalizm” ilə mübarizə mövzusunda növbəti tədbir keçirilib.


Djb.az xəbər verir ki, Mingəçevir şəhər Polis şöbəsinin rəisi ,polis polkovniki Ədalət Əliyev orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı polis əməkdaşları ilə birgə məktəblərə gələrək bu mövzularla bağlı maarifləndirici tədbirlər keçirirlər. Məqsəd gələcəyimiz olan gənclərin və yeniyetmələrin diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa səsləmək idi. Bu mövzu ilə bağlı keçirilən tədbirlər silsilə xarakterlidir. Belə tədbirlərdən biri də Mingəçevir 1 saylı tam orta məktəbin akt zalında keçirilib. Əvvəlcə məktəbin direktoru Əliyar Yusifov çıxış edərək məktəb haqqında məlumat verərək bildirib ki,1 saylı məktəbdə 1397 şagrid təhsil alır.Daha sonra ŞPŞ rəisi,polis polkovniki Ədalət Əliyev şagirdlərə ətraflı məlumat verərək bildirib ki, narkomaniyaya qarşı tərəfimizdən geniş mübarizə üsulları həyata keçirilir, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Polis rəisi son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndirilməsi, dövlət orqanları bu sahədəki fəallığının xeyli artırdığını və sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyini qeyd edib.
Daha sonra müxtəlif mövzularla bağlı çıxışlar üçün sözü polis əməkdaşlarına verib.
Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib.
Polis kapitanı Vasif Quliyev “Erkən nikah və onun törətdiyi fəsadlar”,Müstəntiq Rəşad Əhmədov “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”mövzularında,Xankişiyev Cahangir “Dini fanatizm,radiklizm,ekstremizmin mahiyyəti və təhlükələri”barədə,YPX baş inspektoru,polis baş leytinantı Samir Sultanov yol hərəkəti qaydaları ilə bağlı çıxışlar edərək yetkinlik yaşına çatmayanları ətraflı məlumatlandırıblar.
Mingəçevir Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda mövzu ilə əlaqədar şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova,Mingəçevir






Oxunub: 984
Oxşar xəbərlər
SON XƏBƏRLƏR