dini radikalizm və ekstremizmlə mübarizə

BARIT QOXULU PAYIZ!..


Yenədə yollar... Həyatım Bakı ilə Mingəçevir arasında yollarda keçir. İşim həyatım Bakıda , ciyərparələrim Mingəçevir şəhərində yaşayır.
Şəhərə ilk ayaq basarkən ünvanım şəhidlər xiyabanı olur. Atamla görüşməyincə qəlbim rahatlıq tapmır. Yenə də üz tutdum Atamın səssiz- səmirsiz evinə. Yenicə xiyabana ayaq basmışdım ki, qarşılaşdığım mənzərə ürəyimi parçaladı.
Şəhid Rzayev Əli Nəsib oğlunun anası Kamilə ana Şəhidinin məzarı qarşısında dayanaraq, oğlunun məzar daşı ilə söhbət edirdi. Bir neçə dəqiqə kənardan baxıb ananı izlədim, ürək parçalayan bu səhnəni izləmək asan deyildi, nəhayət anaya yaxınlaşdım. Biraz həmsöhbət olduq. Söhbət əsnasında öyrəndim ki, uzun sürən xəstəlikdən sonra cərrahi əməliyyat keçirib. Xəstəxanadan yeni çıxıb, vəziyyəti qənaətbəxş olmasada oğlunun görüşünə gəlib. Hiss olunurdu ki, ayaq üstə durmağa taqəti yoxdur. Məzar daşına söykənərək sanki zamandan vaxt oğurlayır. Kamilə ana onurğa sütunundan əməliyyat olunduğunu bildirdi. Çəlingə söykənən ana güclə yeriməsinə baxmayaraq, hər gün oğlunun ziyarətinə gəldiyini söylədi.
Kamilə ana dedi ki, Əli evin tək oğlu olub, hər işdə ona köməklik göstərib. Əli anasına heç vaxt əziyyət verməyib. Kamilə Ana Əlidən o qədər gözəl sözlər söylədiki, yazaraq bitirə bilmərəm. Əli çox ailəcanlı, qayğıkeş, mərd övlad olub. Vətən sevgisi Əlidə kiçik yaşlarından başlayıb. Hər zaman döyüş, qisas arzusunda olan Əlinin nəhayət arzusuna çatdığını söyləyən ana göz yaşları içində boğulurdu.
Əli arzuladığı ən Ali Zirvəyə, Şəhidlik zirvəsinə ucaldı.
Bu gün Əli göstərdiyi şücaəti ilə xalqın qəlbində xüsusi yerə malik oldu. Artıq Əli hamımızın fəxridir.
Qeyd edim ki Şəhidimizin bizə əmanəti olan Kamilə ana tək yaşayır. Nəqədər təsəlli olmağa çalışsamda bunu bacarmdım, çünki qəhrəman bir oğul itirmiş ana heçnə ilə ovuna bilməz. Ancaq biz xalq olaraq hər bir Şəhid ailəsindən və Qazilərimizdən diqqətimizi əksik etməməliyik.
P.S. Şəhidlərimizi Mingəçevir şəhər Ağdam məktəbinin balaca fidanları olan ibtidailər də ziyarətə gəlmişdi. Artıq uşaqdan böyüyə hər kəs Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox qürurverici bir hissdir.
Allah Şəhidlərimizə rəhmət eləsin.

Nərmin Şabanqızı


Oxunub: 628
Oxşar xəbərlər
SON XƏBƏRLƏR