Djb.az xəbər verir.
İkinci Qarabağ uğrunda döyüşlərdə iştirak edərək qəhrəmancasına Şəhid olan Leytenant Ətraf Qənimətovun adına ucaldılmış xatirə bulağının açılışında iştirak edərkən rəsmdə gördüyünüz qardaşın çıxışları mənim diqqətimi çəkdi.
Söhbət tribunadan gedən çıxışlardan getmir.
Onun hər çıxışı göz yaşlarına hakim olmayan, ürəkləri çarın-çarpaz dağlanıb övlad itirən anaların ətrafı idi.
Hər kəlməsi bir dəstək, qürur yaşadası fikirlər, verilən böyük bir dəyər və eyni zamanda savadlı -hikmətli sözləri ,vətənpərvərliyi qiymətləndirməsi bir övlad əvəzi kimi arxa dayaq durması idi.
Tək dəyərli düzgün əqidə baxımından deyilən sözlər yox, eyni zamanda Şəhid ailələri üçün xeyriyyəçi bir işlərin sahibi idi.
Bu tərif deyil, sadəcə dəyərli insanlarımızın dəyərini bilməyə çağırışdır.
Yağışın altında bu qardaşın çıxış edən qardaşın fikirləri analar üçün o qədər önəmli oldu ki, yağışın altında onu dinləyən analar üçün önəmli deyildi. Yağan yağışda sanki anaların tanan qəlbinə sərinlik fərahlıq gəturməklə yanaşı onların övladları üçün ağlayırdı.
Bunlar həqiqətdir.
Gəlin tək-tək rast gəldiyimiz bu kimi insanların dəyərini bilək və sağlam fikirlərini analarımızın Şəhid ailələrimizin ,Qazi bacı qardaşlarımızın mənəvi oğlu qardaşı kimi tanıyaq.
P.S. adını bilmədiyim qardaşım dəyərli sözləriniz , analara Şəhid ailələrinə , ümumiyyətcə vətənpərvərliyinizi böyük dəyərləndirirəm dəyərli qardaşım.
Nə yaxı sizin kimi sağlam fikirli insanlar var.
(Fürsət tapıb şəklini çəkə bilsəm də adını soruşa bilmədiyim üçün üzürlü sayın.)
Gülşad Nurani
Djb.az//Şəki
Oxunub: 723