dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı rayonunda Şəhidin doğum günündə ailəsi, dövlətin diqqət və qayğısı sayəsində evlə təmin olundu

Baxış Sayı:638


Djb.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri 1995-ci ilin bu günündə dünyaya göz açan Şəhidimiz, baş leytenant Əlimov Elvin Nəsrəddin oğlunun məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilmişdir. Həmçinin, Şəhidin ailə üzvlərinə baş çəkərək ərzaq yardımı göstərilmişdir.

Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır.

Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan olan Əlimov Elvin Nəsrəddin oğlu yaşasaydı bu gün 26 yaşı tamam olacaqdı. Elvin Əlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

Qeyd edək ki, Elvin Əlimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə” medalı ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Məkanın Cənnət Olsun, Cənab baş leytenant Əlimov Elvin Nəsrəddin oğlu! Vətən sənin kimi oğullarla fəxr edir və edəcək!

PS. Onuda qeyd edək ki, Suraxanı RİHB- sı Əziz Əzizov şəhidin ad günündə iştirak edərkən ailənin ev probleminin olduğunu öyrənir və operativ olaraq problemin həlli üçün əlaqədar təşkilatlara müraciət edir.
İki gündən sonra şəhid ailəsi ev ilə təmin olunur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR