dini radikalizm və ekstremizmlə mübarizə

Quru palçıq divara yapışmır!


Suraxanının icra başçısı Əziz Əzizov da həbs olunur ?- Suraxanının icra başçısı Əziz Əzizovun milyonluq evləri, avtomobilləri, üzüm sahələri, fermaları, araq sexləri və s... başlıqlı məqaləni oxuduqda ilk öncə bilmədim bu yazıya gülüm ya ağlayım.
Bəlkə də oxucularım deyəcək, Almaz xanım insan ya gülər, ya da ağlayar ikisidə eyni zamanda olmasının yəqin ki, bir səbəbi olmalıdır.
İlk növbədə gülməyimin səbəbin açıqlayım.
Ay həmkar bu saydığınız əmlak hansı məmurda yoxdur ki??? İlk növbədə saydığınız villaların, obyektlərin on misli artıqlaması ilə olan məmurlar var. O məmurlarla Əziz müəllim arasında fərq bilirsiniz nədir? Bir var imkanı ola xalqa canı yanmaya, bu insan öz şəxsi vəsaiti ilə şəhid və qazi ailələrinə nələr etdiyinin şahidlərindən biri mənəm.
Ağlamagım ona görə gəlir ki, medianın bu günkü durumu məni çox pərişan edir. Yerindən qalxan bir sayt, portal açıb istədiyi məlumatı yazıb insanların əsəbi ilə oynayırlar.
Bəzən həmkarlarımın informasiya kasadlığından, şantaj xarakterli yazılarına görə utanıram.
İlk növbədə Suraxanı rayonu İcra Başçısı Ə. Əzizov haqqında yazılan yazı şantaj xarakterli məlumatdır. Məqalənin ardı var yazmaqla isə həmkarım demək istəyir ki, nə qədər gec deyil bizimlə əlaqə saxlayın... razılığa gələriksə yazının ardı yazılmayacaq. Gəlməriksə daha bizdən inciməyin.
Ay gidi dünya...
Hörmətli həmkar əhalisi 100 -150 min olan minlərlə ziyalının, qazinin yaşadığı rayonun sakinləri adından yazmağ haqqını sizə kim verib???
O ziyalılardan, sakinlərdən və 44 günlük Vətən müharibəsində iştirak edən bir qazinin anası olaraq mən sizə sual ünvanlayıram.
Yazdığınız bu qədər çirkin ittihamları sübut edə bilməsəniz, məsuliyyətə cəlb oluna biləcəyinizi bilirsinizmi???
Sizə kim icazə verir ki, azərbaycan vətənəndaşını təqqir edəsiniz?
Bir insan incəsənət xadimidirsə, qarmon ifaçısıdırsa, tamadadırsa, rtavmay sürəndirsə və s... peşənin sahibləridirsə və öz halal zəhmətləri ilə çörək pulu qazanırlarsa onları üzərindən stat gətirməlisiniz ? Siz o peşə sahiblərini təqqir edirsiniz.
Jurnalistika çox şərəfli peşədir o peşəni reketlik edərək ucuzlaşdırmayın... Bəzi məmurlar necəki öz vəzifə səlahiyyətlərindən istifadə edirsə bu gün əlində qələm olan bir çox jurnalistlər də təqqir və tənqidin yerini səfh salıblar. Bu gün Suraxanı rayon sakinlərinin adından istifadə edərək Ə. Əzizovun bu rayonun başçısı olmağını rüsvayçılıq adlandırmaq səlahiyyətini sizə kim verib?
İcra başçılarınıdan kimini qarmançalan, kimini obyekt müdiri, kimini tamada kimi qələmə verərək siz insanların şərəf və ləyaqətini təqqir edirsiniz.
Yuxarıda adı çəkilən peşə sahiblərinin cənab prezidenti necə təmsil edəcəkləri sualını qoymusunuz. Nəzərinizə çatdırım ki, təyin olunan icra başçıları məhz cənab tərəfindən təyin olunur. Və onlar öz işlərinin öhdəsindən gələ bilmədikdə də cənab təyin etdiyi kimi vəzifədən kənarlaşdırır, maraqlıdır indi siz bu yazıyla nə demək istəyirsiniz, cənab prezident təyin etdiyi icra başçıların haqqında heç bir bilgisi yoxdurmu??? Bəlkə siz cənaba təyin edəcəyi icra başçılarının işə qəbulu haqqında məsləhət verəsiniz.
P.S. Mən 1984- cü ildən Suraxanı rayon sakini olaraq rayonun ictimai siyasi həyatında fəal iştirak edən vətəndaşlardan biri olmuşam. Bir çox icra başçılarının çalışdıqları dövrdə rayonda görülən işlər haqqında illik hessabatlarda iştirak edərək məqalələr yazmışam. Və hər bir icra başçısı da bilib ki, mənim qələmim pul ilə satılıb alınmır.( Bu cümləni yazmaqda isə məqsədim , mənim də sizin kimi sifarişlə iş gördüyüm fikrindən yayındırmaqdır.) Rayonda baş verən çatışmamazlığı da, müsbət görülən işləri də işıqlandırmışam.
Əziz Əzizov haqqında qələmə aldığınız bu yazı bir jurnalist olaraq məndə belə bir fikir formalaşdırdı, hətta tam əminliklə deyə bilərəm ki, sifarişlə qələmə alınmış pafoslu sözlərlə qalmaqal yaratmaq məqsədi ilə işıqlanmış məqalədir.
Qaldı ki, torpaqların satılmasına çalışın faktlara müraciət edin. Sənəd və sübut. Fakt həmişə faktlığında qalır.
Bu gün müxtəlif şəkilləri başlığa yerləşdirərək qalmaqal yaratmaqla cənab prezidentə dəstəy olmursunuz mən deyərdim ki, hətta onun gördüyü işlərə mane olursunuz. DTX əməkdaşları kimin necə işlədiyini çox gözəl bilirlər. Lazımı zamanda lazımı məkanda ola bilirlər. Mən son zamanlar qaramasqa qardaşlardan mətbuatda təmizlik işləri aparmalarını dəfələrlə xahiş etmişəm, yenə də israrla bu xahişimi nəzərə almalarını, bir daha onlardan rica edəcəm.
Bəlkə o təmizlik işləri ağı qaradan ayırmağa, jurnalistlərlə zurnalistləri ayırmağa köməklik edəcəkdir.
Bir il ərzində rayonda Əziz Əzizovun gördüyü işləri haqqında məlumat istəyirsinizsə, texnika-texnaloqiya dövrü olduğunu nəzərə alaraq sosialmedia üzərində Suraxanı İcra Hakimiyyətinin rəsmi səhifəsini izləsəniz, rayonda görülən işlər haqqında gündəlik tam məlumat əldə edə biləcəksiniz.
El arasında bir deyim var "Quru palçıq divara yapışmır ".
Gəlin işləyən insanların əməyinə dəyər verməyi bacarağın. Bizim bir düşmənimiz var o da ERMINİDİR!
İndi bütün qüvvələrimizi Qarabağın abadlaşmasına və sosial media üzərindən düşmənlə mübarizəyə sərf etməliyik.

Almaz İLAHƏ http://surakhani-ih.gov.az/




Oxunub: 581
Oxşar xəbərlər
SON XƏBƏRLƏR