dini radikalizm və ekstremizmlə mübarizə

Xarici kəşfiyyat idarələrinin Azərbaycana qarşı yeni tezisləri məlum oldu - ƏTRAFLI

Xarici kəşfiyyat idarələrinin Azərbaycana qarşı yeni tezisləri məlum oldu - ƏTRAFLI

Siyasi tarix boyunca eyni klassik qaydalar hələ də tətbiq olunur. Bir konsepsiya və onun bəndləri tarixin bütün dövrü ərzində istifadəyə yararlı sayılır. “Bu qələbəni əsgərlər qazandı, Azərbaycan Prezidentinin heç bir rolu olmadı” fikri beynəlxalq hadisələrin idarə edilməsində yazılıb möhürlənən həmin klassik konsepsiyadan irəli gəlir. Belə fikir 2-ci dünya müharibəsindən sonra da ortaya atılıb. Stalinin rolunu azaltmaq üçün eyni formada yazılırdı ki, “qələbəni sovet əsgəri qazandı, Stalinin heç bir rolu olmayıb”. Konsepsiyaya həmin bəndin salınmasında ABŞ-ın Berndəki strateji xidmət idarəsinin rəisi Allen Dalles böyük rol oynamışdı. O, 1953-61-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri kimi fəaliyyətində həmin fikrin sovet adamlarının beyninə yeridilməsinə çalışdı. Kommunizmin məhv edilməsinin əsas meyar olduğu dövrdə xalqın Stalinə olan sevgisi əsas planı ləngidə bilərdi. Diqqət yetirsəniz, görərsinizz ki, indi də həmin fikir ortaya atılır ki, “İlham Əliyevin rolu olmayıb”.
ABŞ-ın 34-ci prezidenti Eyzenhauer isə başqa bir fikri ortaya atdı, bu da ondan ibarət idi ki, II Dünya müharibəsi müttəfiqlərin hesabına qazanıldı. Əgər bu doğrudan da belə idisə, niyə 2-ci cəbhə çox gec açıldı. Əsas o göstərilir ki, Britaniyanın baş naziri Çörçil ilk gündən birgə antihitler koalisiyasının yaradılmasını təklif edib. Sözdə təklif etmək başqa, həmin birliyin yaradılmasını uzatmaq başqa. Bununla da sovet adamında qələbənin qazanılmasında inamın sarsıdılmasına cəhd edildi. Əsas tezis bundan ibarət idi ki, Stalin sizin marionet rəhbərinizdir, yalnız ikinci cəbhə xilaskarınız sayılmalıdır. Konsepsiyanın sonrakı bəndləri işə salındı.

Qalib sovet əsgərlərinin acınacaqlı həyatı, dövlət tərəfindən heç bir yardımın ayrılmaması. Hətta casusların əli ilə əsgərlər qızışdırıldı, hakimiyyətə qarşı qiyam qaldırmaq istəyənlər də tapıldı. Yenə də diqqətlə fikir versəniz, həmin konsepsiya indi Azərbaycan üzrə də tətbiq edilir:
“Qələbənin qazanılmasında Azərbaycan Prezidentinin rolu yoxdur, qalib əsgərə yardım göstərilmir”. Novbəti tezisin belə olacağı gözlənilir: “Bu qələbəni Azərbaycana xarici ordu qazandırıb”.

Bununla da xalqın inamını sarsıtmaq, özünə güvənini azaltmaq, əhval-ruhiyyəni yenidən əvvəlki pessimist halına qaytarmaq. Səbəb aydındır: Xəzərin sahilindəki kiçik ölkənin rəhbəri beynəlxalq siyasi arenada müstəqil siyasi prizmadan çıxış etməsin, daxildə nüfuzu aşağı düşsün: “Yalnız bu yolla Azərbaycan Prezidentinə diqtə etmək asanlaşar, hakimiyyəti uzun sürməz” siyasəti o illərdəki kimi xarici qəzetlərdə deyil, indi sosial şəbəkələr vasitəsilə həyata keçirilir.

Tofiq Yaqublunun eyni fikir söyləməsi təsadüfi ola bilməz, necə də II Dünya müharibəsindən sonra Qərb dairələrinin ortaya atdığı tezisə bənzəyir. Yaqublu da deyir ki, “Qarabağın azad edilməsində əsgərimiz rol oynayıb, Azərbaycan Prezidentinin əməyi yoxdur”. O, deyir ki, qələbənin qazanılmasında əsas rolu Rusiya oynayıb. Belədirsə, onda niyə Şimal qonşu öz forpostunu qurban versin ki? Yox, yoldaş Yaqublu, Azərbaycan Prezidentinin siyasi iradəsi olmasaydı, Qarabağ azad edilməzdi. Yeri gəlmişkən, İsraillə imzalanan silah müqaviləsində 155 milyon dollar “otkat”ın olduğunu yazırsınız. Belə hərbi müqaviləni təhlükəzlik strukturları bilir. Bu məlumatı sizə Mossadmı verib? Sizin belə yalanınız keçərli sayılmır. Dünyanın hərbi ekspetləri oturub Azərbaycanın müasir silahlarla necə davrandığını müzakirə etdiyi bir vaxtda, arsenalın köhnə silahlarla doldurulması fikriniz də qərəzlidir.

Lakin xalqın soyuq başla düşünən beyinləri bir fikirdə israrlıdır ki, bir ölkənin rəhbərinin siyasi iradəsi olmasaydı, torpaqların işğaldan azad edilməsinə start verilməzdi. Və nə olursa-olsun, bir fikir heç vaxt unudulmayacaq: Azərbaycan bu qələbəni qazanmağı bacardı. Bunu özü qazandı.

Oxunub: 533
Oxşar xəbərlər
SON XƏBƏRLƏR