Şəhid qardaşımız Polat Həşimov kimi bir şəxsiyyətlə 5-ilə yaxın çiyin-çiyinə xidmət etməyimi və onu tanımağımı - sözlərlə ifadə etmək mümkün deyil.
Dünya tarixində general rütbəsini - xidmətində xüsusi fədakarlıq, şücaətlik, xalq, vətən qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərə verilir.
Şəhid qardaşımız Polat Həşimovda məhz xalq, vətən qarşısında xüsusi xidmətlər göstərməsinə görə general rütbəsi ilə təltif edilən üç generaldan biridir.
O, bir sərkərdə idi.
Onunla bağlı olan xatirələrimin hər biri, ən kiçik detallarına qədər bu gün də xatirimdədir.
Mən, Qazi olaraq özümü xoşbəxt insanlardan biri hesab edirəm ki, Polad Həşimov kimi bir sərkərdə ilə beş ilə yaxın çiyin-çiyinə xidmət etmişəm.
Bütün Ermənistan ordusu məhv edilsə belə General Polat Həşimovu əvəz etməz.
Torpaqlarımızın işğaldan azad edildi.
Əminəm ki, başda Polad qardaşım olmaqla bütün şəhidlərimizin ruhu indi şad olacaq.
Uca Allaha sonsuzadək şükürlər olsun ki, şəhid qardaşımız Polad Həşimova haqlı olaraq layiq olduğu Milli Qəhrəman adı verildi.
Məkanın cənnət olsun qardaşım .
Vətənimizdə yaşayan hər bir vətəndaşın azad, firavan və əmin-amanlıqda yaşama səbəbi - ŞƏHİDLƏRİMİZ, QAZİLƏRİMİZ və CƏBHƏDƏ OLAN HƏRBİÇİLƏRİMİZDİR.
Azadlığımız, vətənimiz, torpaqlarımız uğrunda canlarından keçən bütün şəhidlərimizi sevgi və rəhmətlə anırıq.
Vətənimizin bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz dünya durduqca əbədi olaraq daim xatirələrimizdə, qəlbimizdə yaşayacaqdır.
Ülvi Qədir
Oxunub: 528