dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHADƏTİN MUBARƏK ŞƏHİDİM


Telman Miriyev 1981-ci ildə iyul ayının 19-da Cəlilabad rayon Günəşli kəndində anadan olub. Telman Günəşli kənd orta məktəbini bitirdikdən sonra C.Naxçıvanski adına məktəbdə, daha sonra isə Hərbi Akademiyada təhsil alıb. Telman zabit kimi ilk olaraq Gəncə şəhərində "N" saylı hərbi hissədə işə başlayıb. Sonra Amerikada kurs keçib. Ölümünə kimi Telman Miriyev Ağdam, Bərdə və Bakıda zabit kimi işləyib və 2016-ci ildə Aprel döyüşlərində fəal iştirak edən zabitlərimizdən biri olub. Mərhum zabitimiz 25 iyun 2014-cü ildə mayor rütbəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyi, hərbi təhsil sahəsində xidmətlərinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
2016-ci il oktyabr ayinin 27 şəhid olmuşdur.
Ruhun şad olsun şəhidim.
Şəhidimizin Zeynəb adinda bir qizi yadigar qalib.

Ravin Həsənov


Oxunub: 590
Oxşar xəbərlər
SON XƏBƏRLƏR