dini radikalizm və ekstremizmlə mübarizə

İKİ MƏLƏYİMƏ BACI OLANIM


İki gündür səni tanıyıram. Nərminə Cəfərova mənə saatlarca səndən, ailəndən söz açdı. Ailədə iki övlad olduğunuzu, hər ikinizin DİN əməkdaşı olduğunuzu fəxrlə.dedi... Hətta qardaşını da valideyinlərinin gənc yaşında itirdiklərini bildikdə lap sarsıldım. İlahi bu dərdə necə dözəcəklər söylədim? Amma Rəbbimin mərhəmətini xatırladım. İnanıram ki, O, bəndələrinə dərdi verərkən, səbri ondan öncə göndərir.
İki gün, 48 saat bu saatlar ərzində Nərmin qızımın söhbətləri səni mənə sevdirdi gül üzlüm.
İki ciyərparəmin sevimlisi oldun. Biri bu dünyanın mələyi, biri o biri dünyanın mələyi.
İki mələyimə bacı olanım. Biri ilə vidalaşıb o biri mələyimin dünyasına gedirsən.
Səni tanıdığım bu saatlarda sənin ruhun bəlkə də Sənin üçün ağlayanlar içərisində heç tanımadığın bir Almaz İlahə gördü. Çox içdən hönkür-hönkür ağlayarkən, bir mələyinə sakit ol qızım deyir. Səbr et qızım yazırdı. O mələyi səni nə qədər sevdiyini bildiyi üçün çox qorxurdu. Qorxurdu ki, birdən o kövrək ürəyi, atasız qəlbi bu gənc yaşında sənin itginə dözməyə. Saat 03.24. AZAN verildi, mələyim səndən yazmağıma mələklərdə şahid oldu, mən namazdan sonra qəlıb səndən daha geniş yazacam.

Gəldim gül üzlüm, bu gün səhər də açılmağa xəcalət çəkirdi.
Günəşin şəfəqi səni qara torpağa verməmək üçün sanki zamanla əlbəyaxa olmuşdu. Günəş düşünür ki, bəlkə gec şəfəq saçması ilə səni bir neçə saatlıq o dünyadan bu dünyaya qonaq saxlaya. Amma olmur ki, olmur. Gecəni gündüzü xəlq edənin istəyinə kim etiraz edə bilər ki?
İndi xəbər gəldi ki, artıq vətəndəsən nazlana nazlana Mingəçevirə gəlirsən, Nur şəhəri səni nurlar içində uyudacaq. Əbədi dünyana çatmaq üçün, qara torpaq olan sevgilinin qoynunda uyumaq üçün tələsirsən.
Sənin yoxluğun valideyinlərini bitirdi deyə bilərəm. Məkanın cənnət olsun cənnət mələyi. İlahəmə məndən salam söylə. Şəhid qardaşlarıma, balalarıma, sevdiklərimə salam söylə. De Allahın salamı, salamının bərəkəti üzərinizə olsun. Ruhunuz şad, məzarınız cənnət olsun.

Almaz İlahə

Oxunub: 588
Oxşar xəbərlər
SON XƏBƏRLƏR