dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHADƏTİN MÜBARƏK FİZULİ SALAHOV


Hər kəsin ömür yoluna şəadət yazılmaz. Şəadətə qovuşanlarsa Allahın seçdiyi və sevdiyi bəndələridir. O, da seçilənlərdən oldu. O, da sevilənlərdən oldu. Bu gün arxasında gözü yaşlı gələcəyin iki əsgər oğlu, yarı, anası Sevda xanım, bacıları və Fizuli sevənlər qalsada o hər zaman sevənləri tərəfində qəlblərdə yaşayacaq.
O, şəadəti ilə sevdiklərini tərk etsədə tarixə imza atdı, o bugün bizlərlə olmasa belə daima xatirələri qəlbimizsə yaşayacaq. Axı qəhrəmanlar unudulmur.
Həyatı və döyüş yolunu oxucularımızın nəzərinə çatdırmaq üçün yenə yaddaşları təzələyirik.
Fizuli Süleyman oğlu Salahov 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal təqdim edilib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 2018-ci ilin fevralın 23-də ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif edilib.

Allah şəhidimizə rəhmət etsin.

Almaz İlahə


Oxunub: 833
Oxşar xəbərlər
SON XƏBƏRLƏR